
Lekornu baş nazir oldu
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Fransanın ən ucuz kababçısı bağlandı
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Qadınların tək getməməsi lazım olan 5 təhlükəli şəhər
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Polisin girə bilmədiyi şəhərətrafı ərazilərdə cinayətkar dəstələr və zorakılıq artır
Fransadakı siyasi islam qruplarının rəhbərləri bu dəfə nə səslərini çıxardı, nə də qəzəbləndilər
Açılış mərasiminin bədii rəhbəri iddiaları rədd edib
“Paris-2024”də ilk medalımız qızıl oldu
Əvvəlcə qatar xətləri, indi isə telefon operatorları...
Qadın əleyhinə sözlər “Eurosport” şərhçisini işindən etdi
Azərbaycan əsilli rusiyalı biznesmen Emin İsgəndərov Parisdə iki göydələn tikintisi layihəsi üçün maliyyə qaynaqları tapa bilməyib. Virtualaz.org «Le Figaro»ya istinadən xəbər verir ki, «Hermitage» şirkətinə rəhbərlik edən İsgəndərovun öz layihəsinə kreditorları cəlb etməsi hələlik mümkün olmayıb.
Xəbər verildiyi kimi Emin İsgəndərov Paris ətrafında, La Defense səmtində iki göydələnin tikintisi üçün icazə almağa nail olub. Həmin ərazidəki evlərin sakinləri köçməyə razılıq veriblər. Biznesmen onların evlərinin yerində çoxfunksiyalı iki göydələn tikməyi nəzərdə tuturdu. Onun layihəsi üçün 3 milyard avro investisiya tələb olunur. Lakin indi məlum olur ki, biznesmen layihəsi üçün kredit ala bilmir, üstəlik La Defense-də tikintiyə icazə verən dövlət orqanı ilə müvafiq müqavilə bağlamayıb.
«Hermitage Plaza» adlı iki yanaşı göydələnin tikintisi Rusiyanın «Mirax Gropu» şirkətinə və İsgəndərovun keçmiş biznes partnyoru , yüz milyonlarla dollarlıq dələduzluğa görə Rusiyadan qaçıb Kambocada mənzillənən, lakin iki il əvvəl orada tutulub Rusiyaya təhvil verilən Sergey Polonskiyə məxsus olub. Layihənin arxitektoru britaniyalı Norman Fosterdir. Layihəyə əsasən göydələnlərin hündürlüyü 320 metr olmalıdır.