AMB-də məhsuldar görüş
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
12:45 | 20 aprel 2017 | Cümə axşamı
Məqaləyə 3036 dəfə baxılıb
Şriftin ölçüsü
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Hollandiyada seçki öncəsi ifrat sağçılar yüksəlişdə
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
AMB rəhbərindən FED xəbərdarlığı
Əhali baş ağrısı, ürəkbulanma, yorğunluq və stressdən şikayət edir
“2,5 milyon avro dəstək verilməsə, bağlana bilərik”
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”
PVV öndə, VVD geriləyir, DENK özünə gəlir
Laqard: “Avro bölgəsi potensialına geri dönür”
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
Hollandiyada ifrat sağçı partiyalar seçkiqabağı islam düşmənçiliyində yarışa girib
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
Hollandiyanın Valyuta Mübadiləsi Fondunun (TCX) baş müşaviri və vitse-prezidenti Harald Hirşhofer Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişməsinə görə bir gündə 40 milyon dollar itirdiklərini bildirib. Virtualaz.org xəbər verir ki, Harald Hirşhofer Afrikada keçirilən maliyyə və investisiya forumu zamanı yerli mediaya müsahibəsində deyib.
Harald Hirşhoferin bildirdiyinə görə TCX valyuta investisiyaları üzrə qlobal miqyasda innovativ həll yolları təklif edən fonddur. «Biz son 10 ildə milyonlarla əmanətçini xarici və inkişaf etməkdə olan bazarlarda yerli valyutaların kəskin dəyərdən düşməsinin dəhşətli nəticələrindən müdafiə etmişik», - o deyib.
Harald Hirşhofer bildirir ki, TCX tərəfdaşlarına maliyyələşmə təklif etmir. Əvəzində bütün dünya üzrə investisiya layihələri üzrə risklərin idarə edilməsi üçün müxtəlif alətlər təqdim edir. «İstənilən başqa tip sığorta provayderi kimi itkilər bizim biznesimizin də bir hissəsidir. Məsələn, biz Azərbaycan Mərkəzi Bankının artıq öz valyuta siyasətini davam etdirmək imkanında olmadığına görə (tənzimlənən məzənnə siyasətindən imtina nəzərdə tutulur - red) bir gündə 40 milyon dollar itirdik. Lakin bu, çox güman ki, minlərlə yerli firmanı və kreditorları ciddi maliyyə çətinliklərindən xilas etdi», - Harald Hirşhofer bildirib.