Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:46 | 29 aprel 2017 | Şənbə
Məqaləyə 1646 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların əsas hissəsi və ya hamısı noyabrda Şərq Tərəfdaşlığı konfransına qədər sonlana bilər, Aİ-nin Bakı ofisindən BBC Azərbaycancaya bildirilib.
«Hər iki tərəf bu danışıqların o vaxta qədər bitməyini istəyir. Düşünürəm ki, çox ambisiyalı istəkdir, amma indiki siyasi iradə və danışıqların düzgün tempi qorunarsa bu mümkündür», Aİ Azərbaycan nümayəndəliyinin Birinci Müşaviri Denis Daniilidis müsahibəsində deyib.
Aprelin 25-də Aİ və Azərbaycan yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən bu sazişi müzakirə etməyə başlayıb.
Cənab Daniilidis əlavə edib ki, «konstruktiv atmosferdə» keçən görüşdə danışıqların ilk mərhələsi olub və tərəflər giriş və əməkdaşlığın əsas prinsipləri barədə razılığa gəliblər.
«Görüş bir gün olmalı idi, amma ikinci günə də uzadıldı. Hər iki tərəf istəyirdilər ki, mövzuların böyük hissəsini müzakirə etsinlər. Lakin bəzi hissələr qalıb, onları may ayının sonunda video konfransda müzakirə edəcəklər», deyən müşavir qalan məsələlər barədə detallı açıqlama verməyib və o hissələri «daha əhəmiyyətsiz» adlandırıb.
«Əsas odur ki, tərəflər çox ambisiyalıdır və mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən də o tərəfə keçmək istəyir».
Növbəti mərhələdə ticarət və iqtisadi əməkdaşlıq müzakirə edilməlidir.
Yeni saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.
Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.