İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:18 | 16 may 2017 | Çərşənbə axşamı
Məqaləyə 1721 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Təbriz şəhərinə səfər edib, o azərbaycanlıların milli şüarları ilə qarşılaşıb.
Məlumata görə, soydaşlarımız Ruhaninin Purşərifi salonunda çıxışı zamanı ona 4 il öncə verdiyi vədlərin yerinə yetirilmədiyini xatırladaraq verdiyi vədlər qarşısında cavabdehlik daşıdığını vurğulayıblar.
Ruhani «Azərbaycan var olsun – İstəməyən kor olsun», «Türk dilində mədrəsə - Olmalıdır hər kəsə», «Haray haray mən türkəm» və s. kimi şüarların qarşısında «türkcə, dil deyil, bir güclü ruhiyyədir» deyərək öz çıxışını davam etdirib.
Çıxış mərasiminin təşkilatçıları əhalidən «Ya Hüseyn, Mir Hüseyn» şüarının səsləndirilməsini istəyiblər, lakin soydaşlarımız milli şüarlar səsləndirməklə kifayətləniblər.
Ruhani öz çıxışında Urmiya gölü ilə bağlı verilən vədin yerinə yetirildiyinə işarə edərək bildirib ki, əgər bu böhranla bağlı tədbir alınmasaydı, bu gün Şərqi və Qərbi Azərbaycan tam başqa vəziyyətdə olardı, göl quruyardı və duz fırtınası hər yeri bürüyərdi.
Ruhanin Urmiya gölü ilə bağlı iddiasının doğru olmadığını Urmiya Gölünü Canlandırma Mərkəzi və Qərbi Azərbaycan Məntəqə üzrə Su Şirkətinin rəsmi raportları göstərib. Bu zəmində daxili və xarici mətbuatda da Urmu gölündə vəziyyətin dəyişmədiyinə dair dəfələrlə məlumat yayılıb.