vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
14:22 | 19 may 2017 | Cümə Məqaləyə 2494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qanunun tələbinə uyğun cəza çəkməlidir»

Mirşahin Ağayev qardaşının həbsindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir sıra Azərbaycan kütləvi informasiya vasitələri məşhur telejurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin həbsi barədə məlumat verib. Yayılmış məlumata əsasən, Mirəddin Ağayev dələduzluqda ittiham edilir.

Mirşahin Ağayevin qardaşı ötən ilin noyabr ayında Qəzənfər Qəzənfərov adlı şəxsin şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov iddia edir ki, Mirəddin Ağayev dələduzluq yolu ilə 2000 manat pulu mənimsəyib. Fakt üzrə cinayət işi başlanıb və bir müddət sonra Mirəddin Ağayev Yardımlı rayonunda saxlanılıb.

Qardaşının həbsini şərh edən Mirşahin Ağayev virtualaz.org-a müsahibəsində bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: «Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur».

M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.