vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
16:27 | 24 yanvar 2014 | Cümə Məqaləyə 3096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, Nazim Süleymanovun günahıdı»

« Biz o futbolçuları görməmişik, bilmirik necə oynayırlar»

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayevin futbolinfo.az-ın əməkdaşının suallarına maraqlı cavablar verib. Həmin müsahibəni olduğu kimi təqdim edirik.

- Premyer Liqanın geridə qalan 2 dövrəsini necə dəyərləndirərdiniz?

- Deyərdim ki, maraqlı oldu. Bu çempionat əvvəlki mövsümlərlə müqayisədə daha maraqlı gedir. Çünki bu mövsüm rəqabət daha güclüdür. Turnir cədvəlinə nəzər yetirdikdə görərik ki, çox komanda öz layiqi yerlərində qərarlaşıb.

- Komandaların çıxışını necə qiymətləndirirsiniz?

- «Qarabağ», «Qəbələ», «Neftçi» daha sabit oyun göstərir. «İnter» pis başlamışdı. Amma mənə elə gəlir ki, indi öz oyununu tapıb. «Bakı» da axıra kimi mübarizə apararaq öz sözünü deyə bilər. Təbii ki, burada söhbət ilk üçlükdə qərarlaşmaqdan gedir.

- Klubların qış toplanışından məlumatınız var?
- O qədər də yox. Mən də sadəcə, mətbuat vasitəsilə izləyirəm.

- Sizcə, fasilədən sonra hansı komanda daha iddialı çıxış edə bilər?

- Bu, çətin sualdı. İndi hazırlıq gedir, komandalar yeni transferlər edirlər. Biz o futbolçuları görməmişik, bilmirik necə oynayırlar. O komandaların çıxışına baxdıqdan sonra nəsə demək olar.
 
- Mustafa Dənizlinin gəlişindən sonra «Xəzər Lənkəran» bir neçə qələbə qazandı. Amma indiyədək Dənizli öz məşqçilər korpusunu formalaşdırmayıb və güclü transferlər edilməyib. Türkiyəli mütəxəssisi də Con Toşakın aqibəti gözləyə bilər?

- Mən inanmıram ki, «Xəzər Lənkəran» bu mövsüm yer tutsun. İndi siz deyə bilərsiz ki, 18 turda bütün oyunları udsa, çempion da ola bilər. Komandada potensial var. Yaxşı məşqçi, futbolçu var. Amma həmişə özümə sual verirəm ki, niyə bu komanda yaxşı çıxış edə bilmir? Bu suala cavab vermək üçün klubun içində olmaq lazımdı. Mənə elə gəlir ki, Lənkəran klubu bu vəziyyətdən çıxacaq. Ancaq bu çempionatda inanmıram ki, onlar çempionluq uğrunda mübarizə aparan 3 komandaya mane ola bilsin.

- Şahin Diniyevin «Rəvan»dan getməsinə münasibətinizi bilmək istərdik...

- Mən istəmirəm bu mövzuya toxunam. Bir neçə dəfə mənə bu sualı veriblər. Mən bu məsələyə qarışmaq istəmirəm. Mənə elə gəlir ki, hər bir məşqçi müqavilə bağlayanda bütün şərtləri danışmalıdır. Mən də daxil olmaqla, biz yerli məşqçilərin səhvi rəhbərliklə bütün məsələləri danışmamaqdı. Bunu etmirik, sonra başlayırıq ki, belə olmalıdır.

- Bəs Nazim Süleymanovun «Neftçi»dən ayrılması?

- Nazim müəllim komandaya gedəndə şərtləri danışmalı idi. Deyir mənə futbolçu, məşqçi lazım idi, amma klub bunu etmədi. Əgər o, bütün bunları bilirdisə, komandaya getməməliydi. Gedibsə, deməli şərtlərlə razılaşmalı idi. Müqaviləyə qol çəkibsə, bu, onun günahıdır. Süleymanov bilirdi ki, hansı komandaya gedir. Əlbəttə nə Şahin Diniyev, nə də Nazim Süleymanov işsiz qalası deyil. Digər tərəfdən baxanda demək olar ki, məşqçilik həyatında belə şeylər olur.

- Sizcə, yerli məşqçilərə inamsızlıq nədən irəli gəlir?

- Siz jurnalistsiniz. Bu sualı klub rəhbərlərinə versəniz, daha yaxşı olar. Bizə inanmırlar, ona görə də hamısı əcnəbi məşqçilər gətirir.

- Böyükağa Hacıyevin «Neftçi»yə gəlişini gözləyirdiniz?

- Açığını desəm, gözləyirdim. Böyükağa müəllim komandanı çempion etdikdən sonra gedib. Komandanın hazırkı vəziyyətində onun böyük köməyi olacaq. Çünki o komandanı yaxşı tanıyır. Mənə elə gəlir ki, heç bir məşqçi onun kimi komandanı yaxşı tanımır.

- Berti Foqts bundan sonra millinin baş məşqçi postunda hansısa bir uğur qazana biləcək?

- Bu, bizə düşən rəqiblərin kimliyindən asılıdı. Maksimum hədəf qrupdan çıxmaqdı. Düzünü desək, bizim milli o qədər də güclü deyil. Amma bu gün qrupda 3-cü yer tutsaq, bu, yaxşı nəticə ola bilər.

- Foqts mart ayında millinin toplanışını planlaşdırır. Bu isə Premyer Liqanın qızğın vaxtında oyunların təxirə salınması deməkdi. Bu çempionata necə təsir edəcək?

- Biz Foqtsu niyə günahlandırırıq? O, öz planını deyir. Bundan ötrü AFFA və PFL-ə müraciət edilir. Çempionatı saxlamaq lazım deyil, sadəcə, qrafiki dəyişmək olar. Fikrimcə, toplanış milli üçün lazımdı. Mən istəyərdim ki, millinin toplanışı olsun. Amma bu çempionat vaxtı yox, fasilə vaxtı olsa, daha yaxşı olar. Çünki çempionatın dayandırması komandalara böyük zərbədi və mənfi təsir edir.