vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KARYERA  
11:40 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1003 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gördüyü işdən daha bacarıqlı olan yüksək ixtisaslı işçilər

Amma onlar da bəzən tapşırıqları tamamlamamağa meylli ola bilərlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Əgər vəzifənizi həddindən artıq yaxşı icra edirsinizsə, bu şirkətiniz üçün nə dərəcədə faydalıdır? Kanadanın Kalyari şəhərində rabitə direktoru kimi çalışan Amanda Hibert (Amanda Hiebert), bir neçə il əvvəl vitamin şirkətində işləyib. Həmin şirkətə işə girən gündən, bu işin onun üçün çox asan olduğundan da əmin olub.

Onu cəlb edən yüksək məvacib və böyük şirkət üçün işləmək imkanı olub.

İş onun üçün çox yüngül imiş və çox az vaxtını alırmış.

«Darıxdırıcı idi, heç bir çətinlik yox idi və özümü mənasız bir işlə məşğul olan kimi hiss edirdim», Hibert deyir.

O, iki ildən sonra, həmin şirkətdən ayrılır.

Britaniyada altı işçidən biri gördükləri iş üçün daha bacarıqlıdır və universitet məzunlarının 58 faizi diplom tələb etməyən işlərdə çalışırlar.

ABŞ-da isə hər dörd universitet məzunundan birinin vəzifəsi üçün daha bacarıqlı olduğu düşünülür.

Bir çox işəgötürənlər, universitet məzunu olmayan insanların görə biləcəyi ənənəvi işlər üçün diplomu artıq standart işəgötürmə tələbi sayırlar. Belə olduqda işçilərin çətin olmayan işlərlə təmin olunma şansı artırır.

Bu, işəgötürənlərin xeyrinə olsa da, reallıq tamamilə başqadır. Bir araşdırma göstərib ki, vəzifəsi üçün çox bacarıqlı olan işçiləri işə götürməklə, şirkətlər özlərinə ziyan vurmuş olurlar.

 

Narazı abu-hava

 

Yüksək ixtisaslı, əvəzsiz bir işçiyə sahib olmaq ilk baxışdan bir nemət kimi görünə bilər. Amma vəzifəsinə nisbətən yüksək ixtisası malik işçilərdə, bacarıqları barədə yüksək ixtiyar sahibi olmaq və işini darıxdırıcı saymaq kimi neqativ münasibət formalaşa bilər və bu, bütün ofisdə təsirsiz ötüşməz, Portland Dövlət Universitetindən menecment üzrə professor Berrin Ərdoğan deyi.

«Bu ixtiyar hissi, hər kəsə pis təsir edir. Xüsusilə də komanda şəklində işləyən işçilərə», o deyir.

Onun apardığı tədqiqat göstərib ki, özünü daha bacarıqlı sayan insanlar həmkarlarına qarşı fərqli münasibət bəsləyə bilərlər. Bu da təcrid və təkliyə apara bilər.

Bundan başqa, belə insanlar tapşırıqları da «özlərindən aşağı» sayıb, onları tamamlamamağa meyllənə bilərlər, liderlik təlimləri üzrə mütəxəssis və Menecerlərin Üzləşdiyi 27 Çətinlik («The 27 Challenges Managers Face») adlı kitabın müəllifi Bryus Tulqan (Bruce Tulgan) deyir.

«Onlar, aşağı əhvala görə darıxa bilərlər və hətta, öhdələrinə düşən işə yerinə yetirmək də istəməzlər», o deyir.

Tulqana görə, bu problemlərə yol açan yüksək ixtisas düşüncəsi, xüsusilə də gənc işçilər arasında çox yayılıb.

«Əvvəlki nəsillərlə müqayisədə, həməsrlərimizin özlərindən və işəgötürənlərdən gözləntiləri daha böyükdür», Tulqan deyir.

«Florida Alantic» Universiteti tədqiqatçılarının bu ilin əvvəli apardığı bir tədqiqat göstərib ki, gənc işçilər daha yüksəyinə layiq bacarıqları olduğunu düşündüklərinə görə, adətən işdə gərgin və əhvalsız olurlar.

Belə işçilər işə gec gələrək, işdən tez çıxaraq, oğurluq edərək və hətta, həmkarlarına qarşı təhqiramiz davranaraq daha çox üsyankar davranış sərgiləyirlər, universitetin menecment bölməsinin dosenti Maykl Harari (Michael Harari) deyir.

 

Şöhrət payı

 

Amma həmişə belə olmur. Ərdoğan və Durham Universiteti Biznes Məktəbinin dosenti Honq Denq (Hong Deng) tərəfindən aparılan son bir araşdırmada, yüksək ixtisaslı işçilərin istənilən iş yerinə uyğunlaşmasında müəyyən xasiyyətlərin rol oynadığı müəyyənləşib.

«Belə işçilər yaxşı təsir qabiliyyətinə malikdirlər. Beləliklə onlar həmkarları ilə daha münasib dillə ünsiyyət qura bilirlər və başqaları onları daha səriştəli və xoşagəlimli görür», Denq deyir.

«Həmin işçilər məşhur və hər kəs tərəfindən yaxşı qarşılanırlar. Buna görə də pozitiv iş davranışına girməyə meylli olurlar».

Ətrafa alışmaq, dostyana münasibət formalaşdırmaq və işini və ya müdirini pisləməkdən çəkinmək kimi ən sadə şəxsi təsir yollarını misal gətirmək olar.

Bu yanaşmanı tutan işçilər, ofisin ən effektiv üzləri olurlar, deyə Denq əlavə edir.

Bu məqamda güclü rəhbərliyin də rolu çox böyükdür. Yüksək ixtisaslı işçini daim məşğul saxlamaqdan ötrü rəhbərlik, ona daha yaradıcı tapşırıqlar verməli, uzunmüddətli layihələri həvalə etməli və ya şirkət tərkibində başqa şöbələrlə birgə işbirliyi haqqı tanımalıdır, Kranfild Menecment Məktəbindən liderlik üzrə professor Elizabet Kelan (Elisabeth Kelan) deyir.

Amma bu yolu seçən «rəhbərlik unutmamalıdır ki, diqqət mərkəzində olan həmin şəxsə qarşı narazılıq yarana bilər», o xəbərdarlıq edir.

«Buna görə də niyə məhz həmin insanın xüsusi tapşırıqlar üçün seçildiyini üzvlərə izah etmək lazımdır».

Rəhbərlik üçün yüksək ixtisaslı işçilər arasındakı neqativ hissləri dəf etməyin başqa bir yolu da səmimiyyətdir. Bir dəfə bir işə qəbul meneceri ilə söhbət edən Erdoğan deyir ki, həmin menecer işçiyə vəzifə üçün çox bacarıqlı olduğunu deyib və məsləhət görüb ki, yalnız səbirli olsun.

«Menecer işçiyə deyib ki, əgər bir il bu vəzifədə qalsa, daha yüksək bir vəzifəyə keçəcək», o söyləyir.

«Həmin işçi isə yüksək əhvalla bildirib: «Əla! Bu vəzifədə həmişəlik qalmayacağam və daha yaxşı işim olacaq»».

Siz də belə hiss edirsinizmi? Eyni səmimiyyət vəzifələri görə ixtisasının yüksək olduğunu düşünən hər kəsə kömək olar bilər.

Bir çox iş axtaranlar özlərini Hibert kimi hiss edə bilərlər: təcrübə və məharət müraciət edilən vəzifə ilə üst-üstə düşməyə bilər.

Tulqan məsləhət bilir ki, belələrinə işi niyə istədiyi və şirkətdə necə rol oynaya biləcəyini izah etmək kömək ola bilər.

«Tərcümeyi-halınızı və nailiyyətlərinizi gizlətməyə çalışmayın», o deyir.

«Səmimi və dürüst olun».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *