vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
13:32 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 680 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əzazil nazirin rəzil sonu

Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 5-də vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir

Əldə etdiyimiz bu məlumatlarda Şəmkir rayonunda inşa edilmiş «Şəmkir Aqropark» Logistika Mərkəzinin Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olduğu bildirilir. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.

İddialara görə, «Şəmkir Aqropark» kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir.

Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır. O da qeyd olunur ki, soyuducu anbarları quran xarici şirkətin xidmət müqabilində veriləcək pulu hələ də ödənilməyib. Nəticədə kompleksin daxil olduğu ofşor holdinq Avropa məhkəməsinə verilib.

Məlumata görə, Qüdrət Seyfullayev «Şəmkir Aqropark»ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd ayrılan pulların yeyintisini ört-basdır etmək olub.

«Şəmkir Aqropark» kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.

Modern.az-a verilən digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş «Synerjy Group», «Ata Holdinq», «XX əsr» şirkətlərini yoxlayırlar.

Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *