vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:16 | 11 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır

Bu ilhaqa haqq qazandırmaq deməkdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan gizli yollarla Dağlıq Qarabağ məhsullarını müxtəlif ölkələrdə satışa çıxarır. Ötən həftə Qarabağ malları Serbiyada aşkar olundu. Belqrad hava limanındakı “Duty Free” mağazasında “Artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsulları satılırdı. Bu məhsullar “Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarılmışdı. Azərbaycanın Serbiyadakı səfirliyi rəsmi Belqrada müraciət edib. Bundan sonra həmin mallar satışdan çıxarılıb. Azərbaycan başqa dövlətlərdə bu kimi hallarla mübarizə aparır. Bəs gəlin görək özümüzdə vəziyyət necədir?

Bakının bir sıra kitab mağazalarında Rusiyada nərş olunan atlaslar satılır. Həmin atlaslarda Krım Rusiya ərazisi kimi göstərilib. Və ya Bakının bir sıra brend supermarketlərində Rusiyada istehsal olunan dondurmalar satılır. Dondurmanın üzərində istehsalçının adı belə göstərilib: “Krım Respublikası, Rusiya”. Belə siqnallar çoxdur.

Ya bizim bəzi biznesmenlər Rusiyadan mal gətirərkən, istehsalçıya diqqət yetirmirlər, ya da ki, bu işlə kim(lər)sə məqsədyönlü şəkildə məşğul olur. Əgər ikincidirsə, bunu edənlərin məqsədi Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaqdır. Ancaq bu fəaliyyətin bizim üçün başqa zərəri də var. Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən malların satışı bizim beynəlxalq müstəvidə Qarabağ separatçılarına qarşı mübarizəmizi zəiflədir. Yəni kim(lər)sə bilərəkdən Azərbaycanda Krım malları satırsa, bununla Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına zərbə vururlar. Əgər biz hamıdan öz ölkələrində separatçı Qarabağda istehsal olunan malların satışını qadağan etməyi tələb ediriksə və bununla mübarizə aparırıqsa, necə olur ki, özümüzdə oxşar hadisə baş verir?

Məndə olan məlumata görə, Ukraynanın Azərbaycandakı səfirliyi Bakı dükanlarında bu kimi hallarla rastlaşanda və bu haqda Azərbaycanın müvafiq instansiyalarına məlumat verdikdə heç də hər zaman dərhal lazımi tədbirlər görülmür. Bəzi kitab dükanlarında Krımı Rusiya ərazisi kimi göstərən atlaslara, supermarketlərimizdə isə Krım istehsalı olan dondurmalara bu gün də rast gəlmək olar.

Krım mallarının Azərbaycanda satışı barədə müvafiq instansiyalarımıza məlumat verildikdə bəziləri məsələyə ciddi yanaşır və tədbir görürlər, ancaq elələri də var ki, Krım mallarının Azərbaycanda satışına göz yumurlar, reaksiya vermirlər, sanki belə də olmalıymış. Niyə belə etdiklərini anlamaqda çətinlik çəkirəm. Halbuki, anlamalıdırlar ki, belə etməklə Azərbaycanın maraqlarına zərbə vururlar. Sabah Kiyevdə Dağlıq Qarabağa məxsus mallar satışa çıxarılsa və etirazımız eşidilmədikdə nə edəcəyik?

Azərbaycan prezidentinin baş verənlərdən xəbəri olmadığını düşünmürəm. 2016-cı ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda olarkən separatçılığa qarşı birgə mübarizə mövzusu müzakirə olunmuşdu. Azərbaycan prezidenti təklif etmişdi ki, separatçılığın yayılmasına qarşı birgə mübarizə aparılsın və separatçıların təxribatlarının qarşısı alınsın. Ancaq görünür, indi kim(lər)sə Azərbaycan prezidentinin bu təlimatını yerinə yetirmir və faktiki separatçıların maraqlarına xidmət edirlər. Azərbaycanda Krım mallarının satışına şərait yaratmaq Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq deməkdir. Bunun isə Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaqdan fərqi yoxdur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *