vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
09:09 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 1808 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yarasızlıq işin 75 faizi və müqavilə bitəndən sonra aşkarlanıb

“Vəkil italyanları buna inandırıbsa deməli müştərilərini yanıldır...”

“Paghera Green Service Societa Agricola S.R.L” şirkəti və onun azərbaycanlı vəkili Kamandar Nəsibov mətbuatda dərc etdirdiyi məqalələrlə ictimai rəyə təsir göstərmək üçün faydasız cəhdlərini davam etdirir. Bu, təəccüb və heyrətə səbəb olur, çünki Nəsibovun növbəti əsassız iddialarına publikanın marağı demək olar qalmayıb, bunu italyanların vəkilinin saytınızda dərc edilmiş sonuncu açıqlamalarına baxış sayından da görmək olar”.

Bu sözləri “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti ilə məhkəmə çəkişməsində olan “Baku Caspian Real Estate Limited” MMC şirkətinin icraçı direktoru Nail Şahverdiyev redaksiyamıza göndərdiyi məktubunda yazıb. Məktub italyan şirkətinin Azərbaycanda maraqlarını müdafiə edən vəkil K.Nəsibovun bir neçə gün əvvəl dərc edilmiş müsahibəsinə cavabdır.

Xatırladaq ki, “Baku Caspian Real Estate Limited” şirkəti İtaliyanın “Paghera Green Service Societa Agricola S.R.L” şirkətinə Bakının Bilgəh qəsəbəsində təxminən 7 hektarlıq ərazidə yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş verib. Lakin 9 milyon avro vəsaitin xərclənməsinə və müqavilə müddətinin başa çatmasına baxmayaraq sifarişçi işlərin yarımçıq, habelə keyfiyyətsiz görüldüyünü aşkar edib. Nəticədə italyanlarla tərəfdaşlığı dayandırıb, tərəflər arasında məhkəmə çəkişməsi və qarşılıqlı ittihamlar başlayıb.

N.Şahverdiyev bundan əvvəl də dəfələrlə italyanları müqavilə öhdəliklərini pozmaqda günahlandırıb və bu haqda faktları təqdim edib. Belə ki, italyanlar görülmüş işlərə dair sifarişçi ilə birgə tərtib edilmiş Yekun Aktına imza atıblar, həmin akta əsasən onların sifarişçiyə 1.476 milyon avro məbləğində vəsaiti geri qaytarmalı olduğu  bəlli olur. Şahverdiyev qeyd edir ki, italyanların onlara qarşı qaldırdıqları məhkəmə iddiasının və irəli sürdükləri tələblərin əsası yoxdur. İtaliya şirkəti hesab edir ki, sifarişçi onlara təqribən 3 milyon avroya yaxın vəsaiti ödəməlidir. Hazırda işə 1 saylı  Bakı İnzibati-İqtisad Məhkəməsi baxır.

“Hakimlərə mətbuatda açıqlamalar verməklə və məqalələr dərc etməyə təsir göstərmək absurd məşğuliyyətdir. Məsələ o dərəcədə aydındır ki, italyan tərəfi və onların vəkili isterikadan və heç bir əsası olmayan ittihamlardan başqa publikaya heç nə təklif edə bilməz”-Nail Şahverdiyev məktubunda bildirir.

O qeyd edir ki, görünür K.Nəsibov italyanlara mətbuatda mövzu ilə bağlı piar-kampaniya aparmağı təklif edib . Və onları inandırıb ki, bu yolla Azərbaycan məhkəmələrinə təsir göstərmək olar.

“Bununla bağlı prinsipial məsələləri oxucuların mühakiməsinə buraxmağı zəruri hesab edirik. Kamandar Nəsibovun vəkillik etikası anlayışından xəbəri varmı? Bu hüquqşünas italyan müştərilərini KİV-lərdə uydurma iddialara əsaslanan kampaniya aparmaqla işin onların xeyrinə həll olunacağına inandırıbsa deməli düzgün yolda deyil. Bundan əlavə o hakimlərə də mənəvi təzyiq göstərməyə çalışır, mətbuatda hay-küy qaldırır və “Paghera” şirkətinin nümayəndələrindən hansısa “qurbanlar” düzəltmək istəyir”-Şahverdiyev belə yazır.

N.Şahverdiyevin mövqeyinə görə Nəsibov faktları və məhkəmə çəkişməsinin mahiyyətini təhrif etməklə habelə jurnalistləri və oxucuları da yanıldır: “Məqsəd vasitəyə haqq qazandırır” ruhunda qurulmuş bütün bu hiyləgərliklər dəsti banal təsərrüfat mübahisəsini ucuz tamaşaya, aşağı səviyyəli şouya və balaqana çevirir. Nəsibov Azərbaycan hüquq cameəsini kölgə altına alır. Mətbuat öz səhifələrində vicdanlı hüquqşünaslara və vəkillərə heç bu qədər yer ayırmır. O zaman Nəsibova bu xüsusi hörmətin səbəbi nədir? Ölkənin uğurlu inkişafı üçün hüquq mədəniyyətini də inkişaf etdirmək lazımdır. Bunun əvəzində italyan biznesmenlərin isterik ittihamları interneti başına götürüb və Azərbaycanın məhkəmə sisteminin işi barədə yanlış təsəvvürlər yaradır, ölkənin beynəlxalq imicinə zərbə vurur.

Hüquqi baxımdan bu işdə bütün nöqtələr yerinə qoyulub və növbəti dəfə detallara varmağa ehtiyac yoxdur. Lakin vəkil K.Nəsibovun və onun müdafiə etdiyi şəxslərin hərəkətlərinin mənəvi tərəfinə diqqəti cəlb etmək istərdik. Onlar öz  hərəkətləri ilə vəkillik və işgüzar etikanı korlayırlar”.