vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:03 | 7 avqust 2019 | Çərşənbə Məqaləyə 2361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağdakı idman yarışına kim qatılıb?

Dubayda idmançı ermənini hardan tapıblar?

MÖVZU İLƏ ƏLAQƏLİ

Nikol Paşinyanın Xankəndidə dediyi məlum açıqlamaya başımız o qədər qarışdı ki, Ermənistan baş nazirinin Dağlıq Qarabağa gəlişinin məqsədi arxa plana keçdi. Halbuki, avqustun 6-da işğal altındakı torpaqlarda başlanan “ümumerməni oyunları” Paşinyanın dediyi “Artsax Ermənistandır” açıqlaması qədər Azərbaycan üçün təhlükəlidir. Bu oyunlar 20 ildir keçirilir, ancaq budəfəkinin miqyası daha böyükdür. 17 avqusta qədər davam edəcək idman yarışlarında özlərinin dediklərinə görə 145 ölkədən 5 min idmançı iştirak edəcək. Oyunların bir hissəsi işğal altındakı torpaqlarımızda, digər hissəsi İrəvanda keçiriləcək.

İdman yarışlarının adından da göründüyü kimi bu ölkələrdən oyunlara gələn idmançıların tamamı ermənidir. Ancaq 145 ölkədə 5 min erməni idmançının olduğu şübhə doğurur. İrəvan və Xankəndi “erməni oyunları” adı altında dünyadakı erməni lobbisindən maliyyə toplamağa çalışırlar. Çünki həm bu oyunları, həm də “idmançıların” Qarabağa gəlişlərini dünyanın müxtəlif ölkələrinə səpələnən erməni lobbisinin təmsilçiləri maliyyələşdirirlər. Separatçılar ikiqat qazanc əldə edirlər. Həm “idman oyunları” vasitəsilə hotellərini doldurur, qazanc əldə edirlər, həm də erməni diasporu ilə əlaqələrini gücləndirirlər.

Bu oyunlarda başqa bir məqam da maraqlıdır. Son anda oyunlara 3 ölkədən ermənilərin də qatıldığı bildirilib. Bu Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və İraqdır. Çexiyanı anladım. Mümkündür ki, kasıb İraqda yaşayan ermənilərin Dağlıq Qarabağa gəlişlərini digər ölkələrin varlı erməniləri maliyyələşdirib. Bəs Birləşmiş Ərəb Əmirliklərində idmançı erməniləri necə tapıblar?

Bizim diplomatik cəbhədə qüsurlu fəaliyyətimiz bu məsələdə də üzə çıxır. Əvvəlcədən Azərbaycan XİN bilirdi ki, Dağlıq Qarabağda qeyri-qanuni idman yarışı keçiriləcək. 145 ölkədən birinin XİN də ölkəsindəki erməni vətəndaşlarına müraciət edib deməyib ki, “Dağlıq Qarabağ təhlükəli yerdir, müharibə zonasıdır, ora getməyin!”. 145 ölkənin içində Azərbaycana tərəfdaş və dost ölkələr də var, birindən də oxşar açıqlama səslənməyib. Ancaq belə bir müraciətin səslənməsi üçün gərək bizim XİN tərəfdaşlarına müraciət edərdi. Belə bir müraciət olmayıbsa, onlar nədən erməni vətəndaşlarını işğal altındakı torpaqlara getməkdən çəkindirərdi?