
“Ölə bilərdim”
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
Miqrant problemi və müşahidə kameraları ilə tənzimlənən həyatımız
Ulduz aktrisadan həyəcanlı siqnal
Filmin dublyaj variantı faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Almaniyada göstərilib
Dövlət televiziyasında nümayiş olunan açıq-saçıq səhnələr etirazlara səbəb olub
Dublyor bacarığı və dizaynı mükafatlandırılacaq
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
Disneyin çəkdiyi ekran əsərini mobil telefonla çəkilən film səviyyəsinə endirdilər
Kannda tərif qazanan film senzuraya uğrayıb
Polşalı yazıçı Tarkovski ilə niyə dalaşıb?
Nuri Bilgə Ceylanın “Bir Zamanlar Anadolu’da” filmində insan və zaman anlayışı
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
İllər öncə klip çəkmək dəb halında idisə, hazırda barmaqla sayılacaq qədər müğənni mahnısına ekran həyatı verir. Ülviyyə Könül, Fuad Əlişov, Kənan M.M, Aqil M. Quliyev klipmeyker olaraq adını sənət aləminə yazdıranlardır. Populyar və səs gətirən ekran işlərinə imza atan klipmeykerlər hazırda klip bazarından çəkiliblər. Onların bu addımı atmasına səbəb isə müğənnilərin klipdən imtina etməsi, həm də yaxşı gəlir əldə etməmələridir. Bəs, hazırda onlar hansı işlə məşğuldurlar?
Rejissor Ülviyyə Könül sonuncu dəfə «Həddən artıq uyğunluq» filmini çəkib. Romantik-komediya janrında olan ekran işi tamaşaçılar tərəfindən sevildi. Onu isə film təqdimatlarında demək olar ki, görmürük.
Rejissor saytımıza açıqlamasında yeni çəkilən filmləri belə qiymətləndirib: «Hazırda klip və film çəkmirəm. Yeni iş var. Bu haqda tam hazır olandan sonra məlumat verəcəyəm. Son lentə aldığım «Həddən artıq uyğunluq» filmi maraqla qarşılandı. Son zamanlar işıq üzü görən filmlərdən xəbərim yoxdur, izləmirəm. Ondan əvvəlkilərdən 5-6 filmə baxmışam. Yumor tərəfdən məni qane etməyən filmlər də, qane edənlər də var. Komediya filmlərini sevmirəm. Mən romantik komediyanı sevirəm. «Həddən artıq uyğunluq» romantik-komediya janrında çəkilib. Komediya filmlərindən «Oğlan evi-1» maraqlı olub. Mən nə desəm də, onsuz filmlər çəkiləcək. Hazırda inkişaf gedir. Bayağı yumor da çoxdur. O filmləri də izləyənlər də çoxdur. Filmə pul xərcləyənlər maliyyəsini çıxartmaq istəyir. Ona görə tamaşaçının istədiyi filmlər çəkilir».
Rejissor Fuad Əlişov isə ancaq reklam çəkməklə məşğuldur. O, bu haqda musavat.com saytına açıqlamasında deyib: «Hazırda nə klip, nə film çəkirəm. Film çəkmək arzum var. Amma hələ saxlamışam. Zamanı gələndə ekranlaşdıracağam. Hazırda çox film çəkilir. Bəzilərinə dəvət edirlər. Gedib izləyirəm. O filmlərin çoxu müvəqqətidir. Azərbaycan film tarixində iz qoymayacaqlar. Zamanla hər şey yoluna düşəcək. İndi tamaşaçı o filmləri bəyənib baxırsa, deməli, indi onlar lazımdır».
Rejissor Kənan M. M ard-arda filmlər çəksə də, onun daha çox sosial şəbəkədə yazdığı statuslar müzakirələrə səbəb olub. Media nümayəndələri ilə ulduzu barışmayan rejissor onları təhqir etməkdən də çəkinmir. Bu səbəbdən də son təqdim etdiyi «Ağ qazan» filmi istədiyi uğuru əldə etmədi. Çünki mediada piarı aparılmadı. «Gecə qonağı-1» qalmaqallarla gündəmi zəbt etdiyi üçün «Gecə qonağı- 2» film onun hesabına izləndi. Sözügedən ekran işi hazırda ərəblərə satılıb.
Rejissor Aqil M.Quliyev isə hazırda reklamlar çəkməklə məşğuldur. O həm reklam çəkir, həm də aktyor kimi sözügedən reklamlarda rol alır. O, eyni zamanda ATV-də yayımlanan «Ər-arvad» serialının rejissorudur.