
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində Ermənistanda Serj Sərkisyanın istefası ilə nəticələnən etiraz hərəkatını şərh edib.
Onun sözlərinə görə, Ermənistandakı hadisələrə təkcə ağır sosial fon deyil, həm də antirusiya əhval-ruhiyyəsi təsir edib.
“Sərkisyanın arxasında bir neçə oliqarx dayanırdı, üstəgəl erməni mənşəli rusiyalı oliqarxlar. Onlar bütün Ermənistana nəzarət edirdilər və praktiki olaraq süni şəkildə ölkə əhalisinin yarısını qovmuşdular, çünki ölkədə imkanlar yox idi, tükənmişdi”, - Saakaşvili deyib.
Saakaşvilinin sözlərinə görə, Ermənistanda antirusiya əhval-ruhiyyəsi yüksəkdir və bu ölkə Rusiyanın orbitində qalmayaq.
“Hamı başa düşdü ki, Rusiya Qafqazda hansı oyunu oynayır. Rusiya maraqlı deyil ki, müharibəni Ermənistan udsun, yaxud Azərbaycan. Bir əli ilə Ermənistana silah verir, o biri əli ilə Azərbaycana. Bir tərəfdən Ermənistanı qızışdırır, o biri tərəfdən Azərbaycanı. Və sonda onun marağı Qafqazda münaqişənin saxlanılmasından ibarətdir”, - gürcü inqilabının lideri bildirib.
Saakaşvili əlavə edib ki, seçkilər həm Ermənistanda, həm Gürcüstanda formal xarakter daşıyır və real dəyişikliklərə gətirib çıxarmır. Bdzina İvanişvili Gürcüstanda kifayət qədər böyük imkana, sərvətə sahibdir.
Onun fikrincə Ermənistanda hadisələrin bu cür inkişaf etməsinə gənclərin güclü təsiri oldu. Saakaşvili hesab edir ki, Ermənistanın əsas vəzifəsi deoliqarxizsiya olmalıdır.
“Əgər oliqarxların kökünü kəsməsən insanların vəziyyəti düzəlməyəcək...Ona görə də Ermənisanda bütün oliqarxların kökü kəsilməsə onlarda heç nə alınmayacaq...Sonra Ukraynada, Ermənistanda, Gürcüstanda elə adamlar qalib gəlir ki, sadəcə olaraq müxalifət rolu oynamırlar, doğrudan da satılmayıblar və guya sistemə qarşı oynadıqları barədə görüntü yaratmırlar”, - Saakaşvili deyib.