
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Livan terror təşkilatı ilə tam bacara bilmir
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
İsrail və Suriya arasında təmas
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Suriya ABŞ prezidenti Donald Tramp üçün artıq yük idi. Ona görə də qərar verdi ki, Amerika qoşunları Suriyanı tərk etsin. Halbuki, son günlərə qədər Pentaqon Suriyadan çıxmayacağını bəyan edirdi. Görünür, amerikalı generallar Trampı inandıra bilmədilər.
Fikrimcə, belə qərarın veriləcəyindən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan məlumatlı idi. Əks halda Ərdoğan risqə gedib “Türkiyə ordusu Fəratın şərqinə növbəti hücuma başlayacaq” deməzdi. Çünki, ABŞ hərbi birlikləri məhz Fərat çayının şərqindədir. Yəni Türkiyə ordusu hazırkı şərtlər daxilində hücuma keçsəydi, NATO müttəfiqi ilə üz-üzə qalacaqdı.
Buna baxmayaraq, başqa sualların aktuallığı artır:
Birinci sual: ABŞ YPG və PYD-ni taleyin ümidinə buraxaraqmı bölgəni tərk edir, yoxsa kürdlər üçün hər hansı təhlükəsizlik təminatı əldə etməyə çalışacaq? Ancaq bu təminatı PKK uzantıları olan YPG və PYD-yə kim verə bilər ki?
İkinci sual: Amerikanın bölgədə boşalan yerini kim dolduracaq – Türkiyə, Rusiya, yoxsa Bəşər Əsəd gücləri? Məlumdur ki, Amerikadan əvvəl YPG və PYD ilə Moskva təmaslara başlamışdı. Ərdoğan vaxtında vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəməsəydi , bəlkə də bu gün Rusiya tamamən PYD və YPG-nin arxasında idi. Ancaq Amerika Rusiyanı qabaqladı. İndi Rusiya Amerikanın yerinə kürd qruplarla əlaqəyə girəcəkmi? Əgər bunu edərsə Moskva Ankara ilə münasibətləri gərginləşdirmiş olacaq. Ona görə Kreml tələsik qərar verməyəcək.
Üçüncü sual: Radikal kürdlər kiminlə əməkdaşlığa üstünlük verəcəklər? Amerika onları qoruyurdu, indi isə arxasızdırlar. Demək kiminləsə müttəfiqliyə çalışmalıdırlar. PYD və YPG böyük ehtimalla Əsədlə razılaşmağa çalışacaqlar. Ancaq bunun özü də Ankaranı rahatlatmayacaq. Nə qədər ki, PYD və YPG PKK-nın törəmələridir, Türkiyə onlardan əl çəkən deyil.