vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
19:43 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2155 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sükan arxasında Feyziyevmi olub?

Deputatın “Porshce”si ilə adam öldürdülər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Bakıda baş vermiş və piyadanın ölümü ilə nəticələnmiş növbəti yol qəzalarından birinin Milli Məclisin deputatı, “Avromed” şirkətinin sahibi Cavanşir Feyziyevlə bağlılığı var. Belə ki, fevralın 15-də Xəzər rayonu ərazisində, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Qəzanı törədən sürücünün Abbasov Fərdi Həsənağa oğlu olduğu açıqlanıb. Məlum olub ki, o, “Avromed” MMC-nin işçisidir, həmin “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanı isə müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərində olub. Hansı ki, “Porshe” də daxil olmaqla həmin avtomobillərin hamısı deputat-oliqarx Cavanşir Feyziyevə məxsusdur.

Bu gün isə yerli KİV-lərdə belə xəbərlər yayılıb ki, əslində qəza zamanı da sükan arxasında deputatın özü olub. Amma məsələni ört-basdır etmək üçün hadisəni sürücünün törətdiyini açıqlayıblar.

Nəhayət C.Feyziyev özü Demokrat.az-a açıqlamasında həmin "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib.

Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib:

Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kim yalandan deyir, guya, qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək.

Cavanşir Feyziyev qəzaya düşən Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib.

Məgər Bakıda cəmi bir-iki Porsche” var? Bakıda minlərlə Porsche” var. Digər tərəfdən isə Porsche nə vaxtdan bahalı maşın olub? Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"si ola bilməz? Burada qeyri-adi nə var?, - deputat bildirib.