
Bolqarıstanın avroya keçidi rəsmiləşdi
Üzv ölkələr Avropa Parlamentinin təsdiqlədiyi qərarı ilin sonuna qədər ratifikasiya etməlidir
Üzv ölkələr Avropa Parlamentinin təsdiqlədiyi qərarı ilin sonuna qədər ratifikasiya etməlidir
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
“Avropa yaxşı bir razılaşmaya yaxınlaşır”
Şirkət birliyi məhkəməyə verir
Avropa Birliyi ABŞ ilə ticarət razılaşmasına yaxınlaşır
AB rəsmiləri bu ay Pekin administrasiyasının nümayəndələri ilə görüş keçirəcək
Hollandiyadan indiyə qədərki ən ağır miqrasiya qaydası
Tenderlərdən uzaqlaşdırıldı
Dünya istiləşir, amma almanlar ekoloji şüurlarını itirirlər
Anbarlara kritik minerallar ehtiyatı yığılacaq
Hər 2 gəncdən 1-i immiqrasiya və qaçqınlardan narahatdır
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Neftə tavan qiymət, “Oreşnik” istehsalına sanksiyalar gözlənilir
İnsanlar dərhal xəstələnməsə də, orqanizmə mənfi təsir göstərə bilər
12 Avropa Birliyi ölkəsi müvəqqəti sərhəd nəzarəti hüququndan istifadə edir
İspaniya, Finlandiya və İsveç liderlik edir
Azərbaycanın “5-ci kolon”u yenə iş başındadır. Dövlət siyasətində azca yumşalma hiss ediləndən, üstəlik, ölkə üçün önəmli beynəlxalq gəlişləmələr gözlənilən ərəfədə yüngül toplarını mübarizə meydanına çıxarıb, hədəflərini atəşə tutmağa başlayıblar.
Azərbaycan gerçəkdən çətin dönəmdən keçir. Qarabağla bağlı sülh danışıqlarında işğalçı Ermənistanın üstünlüyünün təmin edilməsi üçün “5-ci kolon”un bağlı olduğu qüvvələr ciddi əmək sərf edirlər. Son günlər süni şəkildə qızışdırılan müzakirələr, gerçəklərin israrla gizlədilməsi, Azərbaycanın maraqlarına uyğun olmayan məsələlərin milli maraqlara tam uyğunluğu haqqında fikir formalaşdırılması bununla bağlıdır.
Aydın görünür ki, Azərbaycanın Qərbə yaxınlaşma perspektivlərinin yaranması bu qüvvələri ciddi şəkildə narahat edir.
Atılan addımların analizi göstərir ki, dünyanın müxtəlif ölkələrinə səpələnən anti-Azərbaycan qüvvələr Avropa İttifaqı ilə strateji tərəfdaşlıq planının imzalanacağından xüsusi narahatlıq keçirərək, çıxış yolunu Prezident İlham Əliyevi (və ailəsini), onun timsalında bütün Azərbaycanı gözdənsalma kampaniyasını genişləndirməkdə axtarırlar. Böyük ehtimalla yenə də öncəki planlar işə düşəcək – OCCRP-nin, “Transperency İnternational”ın, “Amnesty İnternational”ın hesabatlarında Azərbaycanda korrupsiya problemi qabardılacaq, bu kontekstdə ölkənin Avropa İttifaqı ailəsinə layiq olmadığı iddialarını səsləndirərək, Azərbaycan-Qərb yaxınlaşmasının qarşısını almağa çalışacaqlar. Düşünürlər ki, bu yolla ölkədə ortaya atdıqları məsələlərlə bağlı müzakirələrin, hakimiyyətin ünvanına səsləndirdikləri tənqidlərin alovunu artırsalar, Avropa İttifaqı prosesi uzadar, Azərbaycan onların bağlı olduğu qüvvələrin daha çox təsir dairəsində qalar.
Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin imzalanması qərarvermə mərhələsinə qədəm qoyduğu dönəmdə bu addımlar birmənalı olaraq, ölkənin milli maraqlarına qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir.
Ölkədən kənardakı qüvvələri anlamaq o qədər də çətin deyil. Azərbaycana qarşı qarayaxma kampaniyası onların çörəklərinə yağ yaxır. İzahı çətin Azərbaycanda olub, özünü Qərbpərəst göstərənlərin hərəkətləridir. Qərb dəyərlərinin Azərbaycana gətirilməsi uğurunda mübarizə apardıqlarını iddia edənlər Qərbin Azərbaycana yaxınlaşmasında əyləc rolunu seçib.
Azərbaycan üçün Qərbə inteqrasiya çox önəmlidir. Qafqazda sürətlə dəyişən geosiyasi durum həm Qərb, həm də rəsmi Bakı üçün inteqrasiyanın önəmini artırır. Azərbaycan dövlətinin gələcəyi bu münasibətlərin düzgün qurulmasından çox asılıdır.
Diqqət çəkən həm də odur ki, “5-ci kolon” öz “artilleriya”sını “döyüş meydanı”na Azərbaycanda iqtidar-vətəndaş münasibətləri istiləşməyə doğru getdiyi zaman çıxarır. Məgər iqtidar-vətəndaş münasibətlərinin yaxınlaşmasından yaranan müsbət tendensiyalar uzun illərdir, Avropanın Azərbaycanda görmək istədiyi məqam deyilmi? Ölkədəki rüşvət damarlarının bir-bir kəsilməsi, indiyə qədər büdcəyə deyil, qrup maraqlarına xidmət edən iqtisadi amillərin qanun çərçivəsinə salınması, vətəndaşla dialoq mühitinin qurulması, sosial problemlərin çözülməsi üçün dövlətin imkanlarının səfərbər edilməsi, insan haqları ilə bağlı problemin aradan qaldırılmasına yönəlik addımlar, xüsusən də Əfv Fərmanının imzalanması illərdir, Avropa strukturlarının rəsmi Bakıdan tələbləri sırasında deyildimi? Bundan başqa, Avropa ilə sıx iqtisadi işbirliklərinin qurulması, gələcəyə planlanan projelərin ard-arda işə salınması rəsmi Bakının Qərbə inteqrasiya siyasətində ardıcıl odluğunu sübut etmirmi?
Bu gün həm hakimiyyət içərisindən, həm müxalifətin Bakıda və kənarda olan qüvvələrindən Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşma siyasətini sabotajlarla, sübutu çətin olan iddialarla dəyişmək uğurlu nəticə vəd etmir. Çünki söhbət Azərbaycan üçün son dərəcə həssas məqamdan gedir və praktika göstərir ki, Azərbaycan toplumu belə tarixi dönəmlərdə birləşə, “5-ci kolon”un mövqelərini darmadağın edə bilir.
Bu dəfə də istisna olmayacaq. Yola davam...