
“Kəpəz”in ətəyindəki fırıldaqçı
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
Klublarımızı “təcrübə dovşanı”na çevirməyək
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Başqa cür necə olmalıydı ki? Vaqif Sadıqovun sədr olduğu Məşqçilər Komitəsinin təyinatına müsbət rəy verdiyi Milan Obradoviç məhz belə debüt etməliydi.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə start verdi. Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə matçda biabırçı nəticəyə imza atdı. 0:1 futbol hesabıdı, darmadağın deyil. Amma...
...Amma bu qələbənin Lixtenşteynin tarixində ilk olduğunu nəzərə alsaq, hər şey aydındı. Bu rəqib əvvəlki 61 rəsmi oyununda hətta 1 xal da qazana bilməmişdi. Yenə onları sevindirmək bizə qismət oldu.
Azərbaycan millisi əvvəllər də Lixtenşteyn futbolu tarixinə düşməyi bacarmışdı. Bu ölkənin əsas yığması ilk qalibiyyətini millimizlə görüşdə əldə edib. AÇ-2000-in seçmə mərhələsində, 1998-ci ildə keçirilən görüşdə Lixtenşteyn millisi Azərbaycanı 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk qələbəsini qazanıb.
O vaxt millimizə Vaqif Sadıqov rəhbərlik edirdi. Belə “xidmətlərinə görə” hətta məşqçibaşı təyin olunan, İcraiyyə Komitəsində illərdi layiq olmadığı kreslonu tutan bu adam nəhayət, layiqli davamçısını tapa bildi. İndi Lixtenşteynin futbol dərsliklərinə Vaqiflə yanaşı, Obradoviçin də şəkli vurulacaq. Cırtdan ölkənin cırtdan qəhrəmanları...
Milanı qınamaq istəmirəm – onun yerinə hansı məşqçi olsaydı, aşağı-yuxarı eyni nəticəyə imza atacaqdı. Çünki Azərbaycanda futbol çoxdan dəfn olunub, səriştəsiz idarəçilər onun axırına çıxıb.
Rövnəq Abdullayev AFFA-ya prezident, Elxan Məmmədov baş katib gələndə bu uşaqlar futbolun sirrlərini təzə-təzə öyrənirdi. Adı çəkilənlərin “öyrətdiyi” futbolun nəticəsi elə bu cür olmalı idi. İllərdi uşaq futbolundakı böhrandan yazanda, yeni nəslin yetişmədiyini deyəndə erməni xaçına söymürdük, reallığı göstərirdik. Və o bomba nəhayət, partladı.
Obradoviç sələfi Rəşad Sadıqovun bu seçmə mərhələ üçün seçdiyi futbolçulardan 8-ni start heyətdə meydana buraxmışdı. Sabiq baş məşqçi gələcəyin komandasını qurmaq üçün bu uşaqları səfərbər etməyə çalışırdı - imkan vermədilər, istefaya göndərdilər. Serb məşqçi isə başqa futbolçu seçə bilmədi, çünki alternativ yoxdu. Bu yaş üçün ən qaymaq sayılanlarımızın nəticəsi isə fiaskodu.
Biabırçı məğlubiyyəti təsvir etmək üçün rəqəmlərə baxaq:
Lixtenşteynin əhalisi 38 min nəfərdi. Yəni, uşaqlı-böyüklü bütöv bir ölkəni Respublika stadionuna yerləşdirmək olar.
AFFA-da qeydiyyatdan keçən futbol ailəsinin üzvlərinin sayı 155 min nəfərdi, Lixtenşteyndə isə cəmi 1700 nəfər hansısa formada top qovur. Peşəkarı da, həvəskarı da bu cərgədədi.
Və Rövnəq Abdullayevin, Elxan Məmmədovun idarə etdiyi AFFA-nın yarıtmaz fəaliyyəti nəticəsində U-21 millimiz Lixtenşteyndən biabır olaraq dönür. 400 min avro maaş verdikləri Obradoviç də yırtığa yamaq olmadı.
“Zapı”nı Əlövsətin, yoxsa Şumaxerin sürməsinin fərqi yoxdu, onsuz da yolda qalacaqsan. AFFA rəhbərliyi 10 ildən çoxdu futbolumuzun bünövrəsini qazmaqla məşğul olub. Nəhayət, arzuların çatdılar, uçurumdan üzüaşağı yuvarlanırıq.
Dünənki matçdan öncə 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub. Amma biz onu AFFA rəhbərliyinin qatili olduğu Azərbaycan futbolunun şərəfinə sayğı duruşu kimi qəbul etdik.