Nəsimidən Füzuliyə...
“Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda şeir müsabiqəsi başa çatıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk ədəbi dilinin banisi
Hürufiliyin dini təriqətdən siyasi cərəyana çevrilməsi Səfəvi dövlətinin yaranmasında əsas rol oynayıb
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Tarixi filmin film tarixi
“Nəsimi” barədə bilinməyən gerçəklər
-
Türk şahı şairin hansı qəzəlinə nəzirə yazıb?
Yaxud Sultan Süleyman və Hürrəm Sultanın Nəsimi sevgisi
-
Nəsiminin demək istədikləri ...
Şərq cəmiyyəti necə irəli çıxa bilər?
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
Cənnət içrə bir hur
...Yaxud 1300 yaşlı Leyli və Məcnun sevgisi
-
«Axundovun islama nifrəti anlaşılandır»
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
-
Haqqı gözləyən ustad
Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış
-
Füzulinin qərib məzarı
Səddam Hüseyn dahi şairin məqbərəsini niyə sökdürdü?
-
«Baba Pünhana əruzu mən öyrətmişəm»
Arif Buzovnalı: «Seyid Əzimin elə beyti var ki, yanımda desəydi onu güllələyərdim»
-
«Füzulini miskin hala salan qadın»
Ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Füzuliyə – Azərbaycan klassik poeziyasının dahiləri” mövzusunda ədəbi-bədii gecə təşkil edilib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dini Araşdırmalar Mərkəzinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda, bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şeir müsabiqəsinə yekun vurulub, qaliblər mükafatlandırılıb.
Tədbiri Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov açaraq bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında təbliğ etmək, daha yaxşı tanıtmaq və ənənələri qorumaq saxlamaq istiqamətində əhəmiyyətini qeyd edib.
Qəzəlxan şair Arif Buzovnalı Orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin – Nəsimi və Füzulinin yaratdıqları məktəb, eləcə də onların əsərlərinin poetik simvolları barədə danışıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rol, hər iki şairin əsərlərinin özünəməxsusluqları barədə məruzə ilə çıxış edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin təbliğində mühüm rol oynadığını söyləyib.
Daha sonra qaliblərin adları açıqlanıb. Birinci yeri Kamal Hüseynzadə, 2-ci yeri Vəlixan Abdullayev, 3-cü yeri isə Xəyal İsmayılov qazanıb.
Sonda İƏT Gənclər Forumu Avrasiya Regional
Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə qonaq qismində qatılmış
İraq Respublikasının nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi ili” təşəbbüsünün
Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada tanıdılmasına yönəlmiş əhəmiyyətli
addım olduğunu və bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.