vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DİASPOR  
21:48 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onu əvəzləyən başqa azərbaycanlı yoxdur”

Fuad Abbasovsuz Rusiya kanalları və mediaya çıxışı qalmayan diaspor təşkilatlarımız

MÖVZU İLƏ ƏLAQƏLİ

2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov uzun prosesin nəticəsində Azərbaycana deportasiya edildi. Çünki Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq icazəsini ləğv etmişdi.

Xatırladaq ki, Fuad Abbasov 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması hadisəsi geniş ictimaiyyət tərəfindən tanınmağa başlayıb. O zaman Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Bundan sonra iki dövlət arasında gərginlik artırdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu.

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edirdi. Həmçinin onun fərdi sosial şəbəkə hesablarının izləyici sayı çox olduğundan Rusiyada yaşayan məşhur azərbaycanlılar sırasında adı hallanırdı.

Bu baxımdan Fuad Abbasovun ölkəmizə deportasiyası geniş müzakirələrə səbəb oldu. İctimaiyyəti isə bu sual daha çox düşündürürdü: Rusiya efirlərində daim Azərbaycan və Türkiyənin mövqeyindən çıxış edən Fuad Abbasovu kim əvəz edəcək?

Bununla bağlı Modern.az-a danışan Rusiyanın Surqut şəhərindəki Azərbaycan icmasının sədri Azad Seyidov hələlik F.Abbasovu heç kimin əvəz etmədiyini söylədi. Onun fikrincə, Rusiyada F. Abbasov qədər geniş auditoriyası olan azərbaycanlı jurnalist yoxdur: “Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti kifayət qədər aktivdir. Buna rəğmən, yerli diaspor təşkilatlarının əksəriyyətinin nüfuzlu informasiya resurslarına, televiziya kanallarına, informasiya agentliklərinə çıxışı yoxdur.

Diaspor sədrlərinin bir çoxu ümumiyyətlə mətbuat orqanları ilə işləmir. Bu cəhətdən Fuad Abbasov kimi özünün aktiv “Youtube” kanalı olan, auditoriyası geniş şəxslərin yeri görünür. Təəssüf ki, jurnalistin başına belə bir iş gəldi. Ola bilər, yuxarı dairələrlə anlaşılmazlıq yaşadı, yaxud kimi isə çox tənqid etdiyinə görə, F. Abbasova qarşı sərt addım atdılar. Düşünürəm ki, Fuad Abbasov yuxarı dairələri tənqid edərkən bir qədər diqqətli olmalı idi. Onun deportasiya edilməsi bizim bu qədər lazımlı bir azərbaycanlını itirməyimizlə nəticələndi”.

A.Seyidov Rusiyanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən diaspor sədrlərinin gördüyü işlərə də toxunub:

“Diaspor sədrləri olaraq, boynumuza düşən əsas vəzifələrdən biri yerli hakimiyyət orqanları ilə sıx əlaqə yaratmaqdır. Xüsusilə, Rusiyada azərbaycanlıların hüquqlarını qorumaq, onların problemləri ilə sıx məşğul olmaq tapşırığı alırıq ki, bu da gündəlik məsələlərdir.

Diaspor sədrlərinin ən çox diqqət ayırdığı məqamlardan biri də Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırmaq, insanlar arasında yaymaqdır. Bu istiqamətlərdə əlimizdən gələni edirik. Ola bilər, kimi az, kimi yaxşı şəkildə işinin öhdəsindən gəlir. Biz həm gənclərlə aktiv işləyirik, sosial məsələlərdə aktiv olmağa çalışırıq. Buna baxmayaraq, dediyim kimi, hələlik Moskva və federal səviyyədə Fuad Abbasovu əvəz edən geniş portallar demək olar, yoxdur. Yəqin ki, payız aylarında, Ümumrusiya Azərbaycanlıları Konqresinin əvəzinə yeni yaradılacaq diaspor təşkilatı bu sahədə də böyük işlər görəcək”.

Aysel ASLAN