
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Necə qiymətləndirilməsindən asılı olmayaraq Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı öz planları var. Strateji baxımdan bu plan ümumerməni planından fərqlənmir. Amma taktiki məsələlərdə Paşinyan planlarının konturları artıq bəllidir.
İndiki şəraitdə Paşinyan bütün diqqətini Qarabağda erməni icmasının lider (prezident) seçimlərinə yönəldib. Onun verdiyi bəyanat və atdığı addımların arxasında da məhz bu seçkilərə qədər vaxtı uzatmağa yönəlib. Paşinyan ümid edir ki, seçkilərdən sonra yeni situasiya yaranacaq.
İddialılar
Seçkilərdə iddialıların spektri çox maraqlıdır.
Vitali Balasanyan – Əsgəranlıdır. Qarabağda və Ermənistanda nüfuzlu şəxsdir. 2012-ci ildə keçirilən seçkilərdə Daşnaksütyun tərəfindən dəstəklənib və 32% səs toplayıb. Bir vaxtlar Sərkisyan-Köçəryan qruplaşmasına qarşı olub, indi isə qruplaşmanın sonuncu bastionu hesab olunur. Şansları yüksəkdir.
Ruslan İsrailyan – Əslən Xocavənddəndir. Sərkisyana yaxın hesab olunur. Qalib gəlmək şansı azdır.
Masis Mailyan – Dağlıq Qarabağın xarici siyasətə cavabdehdir. Şansları yüksəkdir.
Araik Arutyunyan – Əslən Xankəndindəndir. 2007-2017-ci illərdə Dağlıq Qarabağda hökumətə rəhbərlik edib. Azad Vətən Partiyasının sədridir. Rusiyada əlaqələri və biznesi var. Paşinyan inqilabına qədər Sərkisyan-Köçəryan qruplaşmasında olub. İnqilabdan sonra Paşinyanın Qarabağda əsas dəstəkçilərindən birinə çevrilib. Köhnə komandasına xəyanət edib. Şansları var.
Kristina Balayan – Azərbaycanın başqa bir regionundan müharibə vaxtı Qarabağa köçüb. Atası döyüşlərində ölüb. İddiasını irəli sürən ilk qadındır. Şansı azdır.
Aşot Qulyan – Əsgərandandır. 2015-ci ildən parlament spikeridir. Demokratik Partiyanın sədridir. Diaspora ilə sıx əlaqələri var. Şansları az deyil.
David İşxanyan – Qarabağda Daşnaksütyunun Partiyasının rəhbəridir. 1989-cu ildən bu partiyanın üzvüdür. Şansı azdır.
Vaan Badasyan – Parlamentdə təmsil olunmayan Vahid Ermənistan Partiyasının sədridir. Şansı yoxdur.
Hayk Xanumyan – Ermənistanda İcevan rayonunda anadan olub. Paşinyanın həmyerlisidir. 2009-cu ildən Qarabağda yaşayır. Patrlamentdə təmsil olunan müxalifət partiyasının sədridir. Paşinyanın əsas tərəfdarıdır. Şansı azdır.
Paşinyanın seçimi …
Əldə olan məlumatlara görə, ümumilikdə namizədlər arasında 3, əsas namizədlər arasında isə 2 namizədin adı Paşinyanın siyahısında ola bilər. Masis Mailyan, Araik Arutyunyan və Hayk Xanumyan. Onlardan ikisi şanslıdır - Masis Mailyan və Araik Arutyunyan. Üzdə görünən odur ki, Paşinyan Araik Arutyunyanı daha çox dəstəkləyir. Amma pərdə arxasında Masis Mailyanın da dəstəkləndiyi bildirilir. Bu yaxınlarda Paşinyan İrəvanda Mailyanla qapalı görüş keçirib. Bəzi mənbələr əsas müzakirə predmetinin seçkilər olduğunu bildirir. Amma bundan daha maraqlı görüş Paçinyanın başqa bir liderlə görüşüdür.
Samvel Babayan müharibəni keçmiş, Sərkisyan komandası tərəfindən həbsə atılmış, Paşinyan tərəfindən azad edilmiş, Qarabağda lider olmaq uğrunda mübarizə aparacağını bildirirdi. Amma son zamanlar o iddialarını səsləndirmir.
12 yanvarda Nikol Paşinyan çekap müayinədən keçmək üçün İrəvandakı “Nairi” klinikasında olub. Elə həmən vaxt Samvel Babayan da bu klinikaya gəlib və müayinə olunub. Kiməsə bu təsadüf kimi görünə bilər. Amma bu müayinə yox, gizli görüş idi. Dağlıq Qarabağda keçiriləcək seçkilərin müzakirə olunduğu gizli görüş.
Məqsəd çox sadədir.
Məlumatlara görə Paşinyan Mailyana stavka edir. Mailyana qarşısında isə Balasanyan dayanıb. Balasanyanı neytrallaşdırmaq üçün Babayandan istifadə olunacaq.
Hər ikisi müharibə keçib. Hər ikisinin elektoratı eynidir.
… və taktiki məqsədi
1. Paşinyan Qarabağda özünə sadiq qüvvələri hakimiyyətə gətirir.
2. Paşinyan Qarabağda demokratik seçki oyunu oynamaqla Avropanın və Qərbin diqqətini bu bəlalı regiona yönəldir.
***
Hazırda durum belədir. Biz nə etməliyik, necə etməliyik?
Bu artıq başqa mövzudur...