vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
09:26 | 3 aprel 2022 | Bazar Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda gecə klubunda partlayış olub

Hadisə nəticəsində 1 bir nəfər ölüb, 31 yaralı var

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda partlayış baş verib. Hadisə şahidləri ölən və yaralananların olduğunu deyiblər.

“Yaxınlıqda yaşayıram, partlayış səsindən bura gəldim. Hər yer dağınıq idi, xeyli maşına zərər dəymişdi. İçəri keçib yaralılara kömək etmək istədim, amma polislər qoymadı, xeyli insan xəsarət alıb, ölənlər də vardı”, – deyə hadisə baş verən əraziyə yaxın yerdə yaşayan paytaxt sakini bildirib.

Fövqəladə Hallar Nazirliyi gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyini, obyekt daxilində uçqun olduğunu qeyd edir.

“Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb”, – “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında bildirib.

Baş Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.