vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
11:26 | 20 aprel 2022 | Çərşənbə Məqaləyə 2614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MSK-da saxtakarlıq

Qanunsuz olaraq “Dövlət qulluqçusu” adı altında 50 nəfər işə götürülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Seçki Komissiyası 50 nəfər işçini birbaşa təyin etməklə “Dövlət qulluqçusu” adı ilə işə götürüb. Bu barədə Hesablama Palatasının 2021-ci illə bağlı hesabatında qeyd edilib.

Hesabata əsasən, Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun “Dövlət qulluğu haqqında” qanuna uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.