vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
12:46 | 24 aprel 2022 | Bazar Məqaləyə 2175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni təxribatı dayanmır

Diversantlar sərhədimizi keçməyə çalışdılar

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədini keçməyə cəhd göstərilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, DSX tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur edilib.

Sərhəd xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.

Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.

Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcək.