“Paşinyan yox, Ermənistan təslim olub”
Levon Ter-Petrosyan: “Əgər bu sadə həqiqət başa düşülməsə, ...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın Qərbə ötürdüyü sirr
Kremlə ən böyük zərbəni ermənilər vurdu
-
Putin kritik qərar astanasında
İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
-
Əliyev israrlıdır ...
Paşinyan isə üçüncü tərəfin maraqlarını dilə gətirir
-
“Çətiraltı” mesaj
Paşinyan bütün Ermənistanı islatdı
-
Kremlin “Ruben planı”
Ermənilər üçün məxfi ssenari işə salındı
-
Putinin qarşısına nə qoyulacaq?
Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü
-
Ermənistana dərs olmadı
Paşinyan növbəti müharibənin səhvini buraxdı
-
Paşinyan Putinin əsəbləri ilə oynayır
Əvvəlcə Qarabağda, sonra da İrəvanda “vurhavur” başlaya bilər
-
Praqa razılaşması pozulur
Azərbaycan sülhməramlı missiyaya icazə verməyib
“Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq istənilən şəxs, Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bunu özünün ilur.am saytında dərc etdiyi məqaləsində yazıb.
Ter-Petrosyanın fikrincə “hazırkı daxili siyasi qarşıdurma” Ermənistanın qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir: “Kompromislərdən imtina və “status quo”nun saxlanması siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra bunu hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da etiraf edirlər”.
***
Levon Ter-Petrosyanın məqaləsində daha sonra deyilir: “Amma bununla yanaşı, özlərinə haqq qazandırmaq üçün bir çoxları isbat etməyə çalışırlar ki, onlar lap kompromis yolunu seçsəydilər də nəticəsi belə olacaqdı. Bu, aciz bir şəkildə özünə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil... Çünki tarix feilin şərt formasını xoşlamır”.
Ermənistanın birinci prezidenti yazır ki, tarix yalnız baş verənləri qeydə alır: “Buna görə də Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinin əleyhdarları (dövlət xadimləri, ziyalıların nümayəndələri) öz antimilli hərəkətlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, gec ya tez, tarix məhkəməsinin qarşısında dayanacaqlar... Bundan hələ heç kim qaça bilməyib”.
***
Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir.
Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir: “Serj Sərkisyanın təşəbbüsü ilə Paşinyana “təslimçi” yarlığı yapışdırılıb. Bu bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənistan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib. Bu səbəbdən də Paşinyanın yerində kimin – Robert Köçəryanın, Serj Sərkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq, istənilən şəxs Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.
Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil: “Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.
***
Keçmiş prezidentin fikrincə müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur: “Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyəti olmayan başqa maraqları güdürlər”.
Bununla yanaşı Ter-Petrosyanın fikrincə müxalifətin təşkil etdiyi etirazlara hazırkı hakimiyyətin sərt reaksiyası da milli maraqlara xidmət etmir:
“Ümidsiz bir şəkildə nikbin olaraq, mən hər halda gözləyirəm ki, qarşıduran tərəflər, nəhayət, öz mövqelərinin təhlükəliliyini dərk edəcək, vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yan keçmək naminə hər hansı bir razılaşmaya nail olacaqlar”.
Levon Ter-Petrosyan yazır ki, “əgər ziyalıların nümayəndələri vətənpərvər bir işlə məşğul olmaq istəyirlərsə, qoy Nikol Paşinyanı, Robert Köçəryanı, Serj Sərkisyanı bir masa ətrafına gələrək daxili siyasi böhrandan çıxış yolu tapmağa məcbur eləsinlər”.