Savaşda sonuncu mərhələ
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
15:14 | 7 may 2022 | Şənbə
Məqaləyə 1005 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Bu gün öz heç kimə lazım deyil
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
2022-ci ilin yanvar ayından aprel ayına qədər Ermənistana 249 min 361 nəfər səfər edib. Ölkəyə ən çox Rusiyadan gəliblər – 108 min 976 nəfər, yəni, səfər edənlərin 43,7 faizi məhz Rusiyadan olub.
Bu günlərdə İrəvanda Paşinyan əleyhinə davam edən etirazlarda Rusiyadan gələnlərin aktivliyi istisna olunmur. Çox güman, Kreml Paşinyan və komandasını sülh yönündə atmaq istədiyi addımları baltalamaq üçün İrəvana öz adamlarını da göndərib. Əgər Paşinyan və komandası bu gün və sabah İrəvanda baş verəcək etirazlara dözə, təxribatların qarşısını ala bilsə, sülh üçün növbəti şans yaranacaq. Amma, əgər Putin Ermənistanda istədiyinə nail ola, revanşistləri – Köçəryan-Sərkisyanın başçılıq etdiyi “Qarabağ klanını” yenidən hakimiyyətə gətirə bilsə, bizim atmalı olacağımız addımların alqoritmi indidən aydın olmalıdır:
1. İlk əvvəl Azərbaycan 10 Noyabr sazişinin qüvvədən düşdüyünü elan etməlidir – bunun üçün bütün hüquqi əsaslar var. Ermənistan həmin sənəddə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Rusiya isə sənədin təminatçısı kimi atmalı olduğu addımları atmır,
2. Dünyada Rusiyaya olan münasibəti də nəzərə alaraq rəsmi Bakı Rusiya “sülhməramlılarının” ölkədən çıxarılması ilə bağlı legitim beynəlxalq media-kompaniya və hüquqi prosedurlar başlatmalıdır;
3. Revaşistlərin hakimiyyətə gəlməsi Azərbaycan üçün legitim “casus belli” anlamına gəlir. Ölkəmizin bunu müharibə təhdidi kimi qiymətləndirmə haqqı var.
Hər halda ümid edək ki, Ermənistan xalqının böyük əksəriyyətinin müharibə istəməməsi, son seçkilərdə məhz Paşinyana, yəni sülhə səs verməsi, “Qarabağ klanına” qarşı olan nifrətləri Kremlin oyunlarını pozacaq, bölgəmizdə sülhün təməlləri yaxın günlərdə yeni imzalarla atılacaq...