vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞOU BİZNES  
0.9 milyon dollara 13:19 | 30 may 2022 | Bazar ertəsi Məqaləyə 2483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

0.9 milyon dollara

Kaluş Orkestri qrupu büllur mikrofonu niyə satdı?

MÖVZU İLƏ ƏLAQƏLİ

2022-ci il “Eurovosion” Mahnı Müsabiqəsinin ukraynalı qalibi Kaluş Orkestri qrupu ölkəsinin Rusiya işğalına qarşı mübarizəsini maliyyələşdirmək üçün qazandığı mükafatı hərraca çıxarıb. Qrup mayın 29-da bildirib ki, ona təqdim olunmuş mikrofon formasında büllur mükafatı Ukraynanın onlayn kriptovalyuta mübadiləsi saytına satıb.

“Mükafatı 900 min dollara almış, hazırda onun qanuni sahibi olan Whitebit komandasına xüsusi təşəkkürlər”, – orkestr bildirib.

Qrupun lideri Oleq Psiukun çəhrayı rəngli panaması isə mayın 29-da Berlində xeyriyyə konsertində satışa çıxarılıb. Satışdan əldə olunan məbləğ Ukrayna ordusuna ianə ediləcək.

Hərracı təşkil edən teleaparıcı Sergey Pritula daha öncə deyirdi ki, yığılan məbləğin Ukrayna istehsalı PD-2 hərbi dronlarının alınmasına xərclənməsi planlaşdırılıb.