
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyanın Ukraynaya təcavüzünün 100 gününü arxada qoyduq, görünən odur ki, hərbi anlamda “pat” vəziyyəti yaranıb, Kreml Ukraynanı işğal edə bilmədi, bilməyəcəklər də, amma Ukrayna da hərbi anlamda Krım qarışıq öz torpaqlarını Rusiya işğalında azad etməsi mümkünsüzdür. Deməli, yaxın zamanlarda danışıqlar yenidən başlayacaq, sadəcə hər iki tərəf hərbi sahədə üstünlük qazanıb masaya oturmaq istəyir: 1) Rusiya qondarma “DLR/LNR”-in inzibati sərhədlərinə çıxmaq və Xerson, Zaparojye vilayətlərinin işğalını davam etdirmək istəyir, 2) Ukrayna isə həm Donbasda bacardıqca mane olmağa, həm də masaya qədər Xerson və Zaparojye vilayətlərini işğaldan azad etməyə çalışır.
Əgər masaya qədər Rusiya istədiyinə nail olsa, o zaman bizim də başımıza gələn “7 rayon” hekayəsi təkrarlana bilər – atəşkəs elanı, illərlə davam edən mənasız danışıqlar, Kremlin, “Krımı, “DLR/LNR”-i tanıyın, Xersondan, Zaparojyedən çıxaq”, nağılları başlayacaq, Moskva 90-larda Ermənistanın əli ilə bizə qarşı necə plan qurmuşdusa, eyni şeyi Ukraynada da etməyə çalışacaq.
Ona görə də, Ukrayna bu gün haqlı olaraq danışıqlardan imtina edir, masa qurulana qədər rəsmi Kiyev məhz Xerson və Zaparojye vilayətlərinin böyük hissəsini, ya da tamamını işğaldan azad etməyə çalışacaq. Doğru olan da budur, masa zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”, Ukraynada heç vaxt sabitlik olmayacaq.
Bütün bunları nəzərə alaraq bizim sosial şəbəkələrdə və mediada da zaman-zaman “ABŞ sülh istəmir, Qərb Ukraynanı danışıqlar aparmağa qoymur”, kimi “solovyov-skabeyavavari” tezislər səsləndirilir. İnsanlar anlamır ki, bu gün Zelenski danışıqlara razı olsa həmən vəzifəsini itirə bilər, ümumiyyətlə, Ukraynada indiki Kreml şərtləri ilə masaya otura biləcək siyasətçi yoxdur, eləsini xalq, cəmiyyət qəbul etməz-edə bilməz. Ona görə də, danışıqları indiki şərtlərlə məhz Ukrayna istəmir, “Qərbin diktəsi ilə Kiyev danışığa getmir”, tezisi mənasızdır.
Amma bütün müharibələr enində-sonunda məhz sülh danışıqları ilə nəticələnir, məhz masada bitir. Əgər yaxın aylarda, payıza qədər Ukrayna Xerson və Zaparojye vilayətlərinin böyük bir hissəsini işğaldan azad edə bilsə, bu həm Rusiyanı ayıldacaq, həm də danışıqlarda üstünlük saxlayacaq.
Məncə, iki ölkənin hərbi prioriteti fərqlənir – Rusiya “DLR/LNR”-in sərhədinə çıxmağı əsas hədəf sayır, Ukrayna isə məhz cənubu təmizləməyi əsas vəzifə hesab edir. Ona görə də, Ukraynaya daxil olacaq ağır silahları, yeni silahları biz Donbasdan daha çox məhz Xerson/Zaparojyedə görə bilərik və bu silahlar Ukraynanın masaya güclü oturması üçün həlledici ola bilər...