Tokayevin tokatı
Putinin gözü qarşısında nüfuzu yerlə bir oldu
Elçin MİRZƏBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Daş qayaya rast gəldi
Rusiya Qazaxıstanın qabağından geri çəkildi
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Tokayevin Kremlə meydan oxuması
Qazaxıstanla Rusiya arasındakı çətinliklərin həlli Tokayev üçün yeni məsələ deyil, amma ...
-
Elbaşının qardaşına ağır ittiham
Bolat Nazarbayev Karuan şirkətini qanunsuz ələ keçirməkdə günahlandırılır
-
Tokayevin cəsarəti və Putinin qisas planı
Qazaxıstan prezidenti dəyişən dəngələrin fərqindədir
-
Rusiya Qazaxıstan neftini dayandırdı
Liman sularında II Dünya müharibəsindən qalma minalar “tapılıb”
-
Putinə Tokayev tokatı
Qazaxıstan prezidenti Nazarbayevlə müqayisədə daha müstəqil və cəsarətli siyasət yeridir
-
Qazaxıstan özünü Rusiyaya borclu saymır
Moskva üzərinə Qərb sanksiyaları Tokayevi də “iki od arasında” qoyub
-
Hədəf yeni Konstitusiya ilə güclənməkdir
Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün vacibdir
-
“Elbaşı” statusu tarix oldu
Yeni dəyişikliklər Nazarbayevi əksər imtiyazlardan məhrum etdi
-
Tokayevin səlahiyyətləri azaldı
56 dəyişikliyə 77 faiz “hə” dedi
Sankt-Peterburq “Beynəlxalq” İqtisadi Forumu Rusiyanın, nəinki dünyadakı, hətta postsovet məkanındakı mövqelərinin də təməlindən laxladığını bir daha təsdiqlədi və “Böyük Avrasiya” blefinin gerçəkliyinə inananların ağlı başında olanlarını xəyal qırıqlığına uğratdı.
Öncə qeyd edim ki, Foruma Qazaxıstan Prezidentindən başqa heç bir liderin qatılmaması, Rusiyanın hələ də rəsmi olaraq terror təşkilatı hesab etdiyi Talibanın və separatçıların ümidinə qalması, ən azından sözügedən tədbirin iflası sayıla bilər. Doğrudur, forumda Ermənistanın prezidenti Vaaqn Xaçaturyan da iştirak edirdi. Lakin Xaçaturyan məlum olduğu kimi simvolik fiqurdur və Ermənistan parlament tipli respublika olduğu üçün bu ölkənin lideri baş nazir Nikol Pasinyan sayılır…
…Təsəvvür edin, “beynəlxalq iqtisadi forum” və Taliban… Uzlaşdırılması mümkün olmayan iki fərqli anlayış… Maraqlıdır, görəsən Talibanla hansı beynəlxalq iqtisadi münasibətləri müzakirə etmək olar? Yəqin ki, narkotiklərin “təhlükəsiz” dövriyyəsini…
Nə isə… Talibləri bir kənara qoyaq və Vladimir Putinlə Qasım-Comərd Tokayevin həmin “o” Marqarita Simonyanın moderatorluğu keçirilən panel iclasındakı çıxışlarına nəzər salaq. Əvvəla qeyd edim ki, Simonyanın moderator olaraq təsadüfən seçildiyini düşünmürəm. Bu, Rusiya siyasi elitasının ənənəvi üslubunda bir davranış idi. Kreml başbilənləri, bir qayda olaraq öz “böyüklüklərini” nümayiş etdirmək üçün belə “metodlardan” yararlanmağı xoşlayırlar. Çünki üstünlüklərini nümayiş etdirmək üçün başqa heç nələri yoxdur… Bu baxımdan, siyasi “panel sakini” Simonyanın Tokayevi qıcıqlandırmaq və aşağılamaq üçün “secildyinə” zərrə qədər də şübhə etmirəm. Yəqin ki, yaddaşında problem olmayan hər kəs Marqaritanın əri Kesoyanın Qazaxıstan rəhbərlərinin və Qazax xalqının ünvanına səsləndirdiyi aşağılayıcı ifadələri yaxşı xatırlayır. Simonyanın və ərinin əyri sifətlərini bir az da əyərək səsləndirdikləri yarikinayə-yarıtəhqiramiz ifadələr Qazaxıstanda böyük etirazlara səbəb olmuşdu. Əslində, Qasım-Comərd Tokayev də öz çıxışında bu məqamlara dolayısıyla toxundu və Simonyanın nə üçün orada olduğunu yaxşı başa düşdüyünü diqqətə çatdırdı. Xatırladım ki, Putin hakimiyyətə gəldikdən bir müddət sonra eyni davranışı Almaniyanın sabiq kansleri Angela Merkelə münasibətdə də sərgiləmişdı…
Merkelin uşaqlıqda, yaxud yeniyetməlik dövründə yaşadığı bir hadisədən sonra itdən dəhşətli dərəcədə qorxduğunu bilən Kreml sahibi sabiq kanslerlə 2007-ci ildə Soçidə keçirilən görüşü zamanı dördayaqlı “dostu”nun “qəfildən” otağa gəlişini təşkil etməyi də unutmamışdı… Simonyanla bağlı məsələ də, təxminən eynidir. Son nəticədə Marqarita Simonyan da Vladimir Vladimiroviçin “erməni cinsindən” olan çoxsaylı köpəklərindən biridir və illərdir Rusiya telekanallarında və mediasında üzərimizə yürüdən bu itlərin kimlərin əlindən yal yediklərini Azərbaycanda bilməyən yoxdur.
Amma Merkeldən fərqli olaraq, Tokayev Simonyan və onun kimilərin nə üçün hürüşdüyünün və konkret panelə moderatorluq etdiyinin fərqində olduğunu ustalıqla dilə gətirməklə “itdən qorxmadığını” Rusiyalı həmkarının diqqətinə çatdıra bildi və bununla kifayətlənməyib Abxaziya, Şimali Osetiya, Kosova və Ukrayna ərazisində yaradılan qondarma qurumları tanımadıqlarını bəyan etməklə Kremlin iddialarına və nüfuzuna olduqca ağır zərbə vurdu… Və bütün bunları Putinin gözünün içinə baxaraq, Rusiyanın bütün siyasi və iqtisadi elitasının iştirak etdiyi tədbirdə dedi…
Rusiya prezidentinin çıxışı isə, ümumiyyətlə anlaşılan deyildi. Xüsusilə də “qızıl milyard”la bağlı hissə… Fantastik geosiyasi dedi-qodulardan olan və bütün dünyada qəhqəhə ilə qarşılanan “qızıl milyard” iddiasının Rusiya kimi nəhəng bir dövlətin başçısı tərəfindən təsdiqini tapmış reallıq kimi dilə gətirilməsi, mənə görə şimal qonşumuzda ciddi arqument çatışmazlığı sindromunun və ideoloji boşluğun yaşandığını sübuta yetirir…