vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
15:24 | 21 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 4344 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Muradovun Nobel medalı 103 milyona satıldı

Jurnalist dekabrda 717 min dollar mükafatı da xeyriyyə fondlarına köçürmüşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

“Novaya qazeta”nın baş redaktoru, 2021-ci il Nobel Sülh mükafatı laureatı Dmitri Muradov Nobel medalını ABŞ-ın “Heritage” hərrac evində 103.5 milyon dollara satıb. Jurnalist əldə edilən pulu Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalı qaçqın uşaqlara və onların ailələrinə verəcəyini bildirib.

Medal hərracın anonim iştirakçısına satılıb. İlk olaraq medal üçün 700 min dollar təklif olunub, bir neçə dəqiqəyə məbləğ 16.6 milyon dollara qalxıb. Sonradan təklif olunan 103.5 milyon dolları isə hərracın heç bir iştirakçısı üstələyə bilməyib.

***

Dmitri Muradova Nobel Sülh mükafatı 2021-ci il oktyabrın 8-də “demokratiya və sülhün vacib şərti kimi fikir azadlığının qorunması cəhdləri”nə görə verilib. Onunla birlikdə mükafata Filippində “Rappler” xəbər saytının təsisçisi Mariya Ressa da layiq görülüb.

Nobel komitəsi qeyd edirdi ki, Muratov Rusiyada söz azadlığını müdafiə edənlərdəndir. “Novaya qazeta”nın altı jurnalistinin öldürüldüyü də vurğulanırdı. Muradov mükafatını öldürülmüş həmkarlarına həsr etdiyini deyirdi.

Jurnalist 40.2 milyon rublluq mükafatı (717 min dollar) dekabrda xeyriyyə fondlarının hesabına köçürmüşdü. İyunun 1-də, Uşaqları Müdafiə günündə isə Nobel medalını hərraca çıxarıb.

Rusiya fevralın sonunda Ukraynaya hücum edib və bundan sonra Qərbin ağır sanksiyaları ilə üzləşib.