
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” profilində Azərbaycanı Soçi Bəyannaməsini pozmaqda ittiham edib. Əslində Paşinyanın buradakı məqsədi gülünc iddialarla Azərbaycanı ittiham etmək deyil, o, Rusiyanın vasitəçilik səylərinin uğursuzluğa düçar olduğunu göstərmək üçün belə ittihamlar səsləndirir. Görünür, Xersonda ağır məğlubiyyətə uğrayan Rusiyaya bir təpik də Paşinyan tərəfindən vurulur. Paşinyan eyham vurur ki, əgər Rusiya bacarırsa, onun himayəsi altında imzalanmış bəyanatın pozulmasına cavab versin.
Paşinyan növbəti dəfə Rusiyanın bu məsələdə imkansızlığını və ya istəyinin olmadığını göstərməyə çalışır. O, Putinin Soçidən əvvəl Valdaydakı məşhur çıxışından sonra belə bir cəhd edib və müqavilənin rus versiyası üzərində bir sıra təkliflər irəli sürüb. Lakin bunlar Rusiya tərəfindən təmin edilməyib və nəticəsiz qalıb.
Paşinyan Soçi görüşündən narazıdır, çünki istədiklərinin heç biri həmin bəyannamədə qeyd olunmayıb. Ardınca Brüsseldə sərhəd komissiyalarının görüşü keçirilib. Daha sonra isə Vaşinqtonda XİN başçıları səviyyəsində görüş olub. Ermənistan bu görüşlərdən birindən, bəlkə də hamısında narazıdır və bu narazılığını sərhəddə təxribat törətməklə dilə gətirir.
Burada İran faktorunu da nəzərə almaq lazımdır. Paşinyan Soçidən Tehrana səfər edib. Orada müəyyən razılaşmalar imzalayıb. Tehrandan qayıtdıqdan sonra Ermənistan sərhəddə bir sıra təxribatlar törədib. Ancaq son günlər Azərbaycan ordusunun mövqeləri yalnız Ermənistan ordusu tərəfindən deyil, Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazilərindəki qanunsuz erməni hərbi dəstələri tərəfindən də atəşə tutulur. Putinin səfəri öncəsi belə təxribatların kimlər tərəfindən sifariş edildiyi çox maraqlıdır.