Hacsəfi Qərbdə bomba effekti yaratdı
İran futbolçuları molla rejiminin üzünə tüpürdü
E.HƏSƏNLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
Iran milli futbol komandasının 32 yaşlı kapitanı Ehsan Hacsəfi Qətərdə keçirdiyi mətbuat konfransında bildirib ki, onun təmsil etdiyi komanda İranda 2 aydan çoxdur ki, davam edən etiraz aksiyalarında iştirak edən xalqa rəğbət bəsləyir: “Ölkəmizdəki şəraitin yaxşı olmadığını və xalqımızın xoşbəxt yaşamadığını qəbul etməliyik. Biz buradayıq, amma bu o demək deyil ki, onların səsi olmamalı və ya onlara ehtiram göstərməməliyik... Ümid edirəm ki, vəziyyət xalqın istədiyi kimi dəyişəcək və hamı xoşbəxt olacaq”. “France24.com” saytı belə yazır. Ümumiyyətlə, Ehsan Hacsəfinin bəyanatı Qərbdə bomba effekti doğurub...
O da vurğulanır ki, futbolçular İran molla rejiminə etiraz əlaməti olaraq futbol meydançasında İranın dövlət himnini oxumaqdan imtina edib.
Heç şübhəsiz ki, bu bəyanat İranda da ciddi rezonans doğuracaq və İranda etiraz aksiyalarının kəskin şəkildə genişlənməsinə gətirib çıxaracaq...
Xüsusi qeyd: Ehsan Hacsəfi yarımmüdafiəçisidir. O, 2011-ci ildə Təbrizin “Traktor” komandasında oynayıb. Sonra başqa komandalara dəvət olunub. 2018-2021-ci illərdə yenidən Traktorda oynayıb. Hacsəfi Almaniyanın “FSV Frankfurt” və Yunansıtanın “Panionios”, “ Olympiacos”, “AEK Athens” komandalarında da çıxış edib. O, 2018-ci ildə keçirilən Dünya Çempionatında da İran millisinin kapitanı olub...