Sərxan Sərxanın yubiley konserti
70 yaşlı müğənni hit mahnılarını səsləndirəcək
LALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Əzizəni gözləyirik”
Rusiyada yaşayan caz-muğam ifaçı Riad Məmmədov Bakıda çıxış edib
-
“Rast”ın ideyası
Sənədli televiziya film-konserti təqdim olundu
-
Tarzən ömrü
Tanınmış musiqiçi-pedaqoqun yaradıcılıq gecəsi
-
Ustad tarzənin 75 illiyi qeyd olundu
Xalq artisti Ramiz Quliyevin ifaçılığı tarın xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəldib
-
İlin ilk muğam axşamı
Tarzən və xanəndə Şirulla İmanovun xatirəsi yad edilib
-
Mən tək, kontrabasda?
İsrailli virtuoz ifaçı Bakıya trio ilə gəlib
-
Qəlboxşayan ahəng, təkrarsız həzinlik...
Unudulmaz xanəndə Qulu Əsgərovun 90 illik yubiley gecəsi
-
Bakıda “Yay caz günləri”
Festival iyunun 8-dək davam edəcək
-
«Baku» jurnalının 10 illiyinə həsr olunmuş konsert
Leyla və Arzu Əliyevalar mərasimdə iştirak edib
-
Rusiyada yaşayan tanınmış estrada müğənnisi, Azərbaycanın Xalq artisti Sərxan Sərxan bu il 70 yaşını qeyd edir.
Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində müğənninin yubiley konserti keçiriləcək.
Xalq artisti açıqlamasında musiqi gecəsinə böyük həvəslə hazırlaşdığını bildirdi. Dedi ki, proqramda həm yeni, həm də uzun illərdir hitə çevrilmiş mahnıları səsləndirəcək. Musiqisevərləri fərqli bir proqram gözləyir.
Hazırda yubiley gecəsinin ssenarisi üzərində iş aparılır. Konsertdə tanınmış milli və estrada ifaçıları Xalq artisti ilə duet ortağı olaraq eyni səhnəni bölüşəcəklər.
Qeyd edək ki, 18 iyun 1952-ci ildə Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.
1991-ci ildən Moskvada yaşayan müğənni Vətənini unutmur və hər il bakılı musiqisevərlərin görüşünə gəlir.