

2025-ci və növbəti 10 il üçün dünyanı gözləyən ən böyük təhlükələrin siyahısı açıqlanıb
10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək
Alimlər peykin maqnit sahəsinə dair təxminləri milyonlarla il geriyə atdılar
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
NASA 60 il axtardığı Yer kürəsini əhatə edən elektrik sahəsini nəhayət tapdı
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
Yer kürəsi peykinin atmosferinin necə əmələ gəldiyi müəyyən edilib
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
Orada ən azı enerji kəsintisi, təbii fəlakət, iqlim dəyişikliyi, geosiyasi münaqişələrlə bağlı problemlər yoxdur
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
Güclü cərəyan dalğaları elektrik xətləri, sualtı kabellər, neft boruları və dəmir yollarına ciddi təhdiddir
Yaponiya Çini geridə qoya bilər
Ağ Ev NASA-ya yeni missiya tapşırdı
NASA Yerin təbii peykində istixanalar qurmağa hazırlaşır
Alimlər Qırmızı planet üçün kolonizasiya planını açıqladı
Ay tutulmasının bənzərsiz təsvirləri
Alimlər deyirlər ki, gözlənilməz hərəkətlər nümayiş etdirən ekzoplanet (Günəş sistemindən kənar) planet sistemləri haqqında bilinənlərə meydan oxuyur. Keçən il Yerdən təxminən 455 işıq ili uzaqda olan bir ulduzun ətrafında fırlanan “TOI-1408 b” adlı isti Yupiter kəşf edilib.
İsti Yupiter Günəş sistemindəki Yupiterə bənzəsə də, öz ulduzuna çox yaxın orbitdə olan qaz nəhənglərinə aiddir.
NASA-nın “Transiting Exoplanet Survey Satellite” (TESS) tərəfindən aşkar edilən planetin eni və kütləsi Yupiterdən iki dəfə böyük idi.
Planetin öz (“TOI-1408”) ulduzuna çox yaxın fırlanması alimləri heyrətə salıb. Ancaq bu il edilən başqa bir kəşf onların təəccübünü daha da artırıb.
Lund Universitetinin tədqiqatçıları yenə TESS-in köməyi ilə sistemdə ulduza daha yaxın və daha kiçik olan başqa bir planet aşkar ediblər.
“The Astrophysical Journal Letters” jurnalında öz tapıntılarını bildirən komanda, “TOI-1408 c” adlı kiçik planetin də qəribə bir orbitə sahib olduğunu müşahidə edib.
Eni Yerdən 2 dəfə, kütləsindən 8 dəfə böyük olan ekzoplanetin qaz və qaya qarışığından ibarət olduğu təxmin edilir. Tədqiqatçılar müəyyən ediblər ki, TOI-1408 c-nin öz ulduzu ətrafında fırlanma sürəti gözlənilmədən dəyişib.
Məqalənin aparıcı müəllifi Cadit Kort (sentyabrın 5-də) deyib: “Kiçik planet çox qeyri-adi orbital davranış və ulduzunun qarşısından keçdiyi müddətdə əhəmiyyətli dəyişikliklər nümayiş etdirir. Bu, bizim adətən görmədiyimiz bir şeydir”.
Kiçik planetin mövcudluğu planet sistemlərinin formalaşması və sabitliyi ilə bağlı mövcud nəzəriyyələrə meydan oxuyur.
Alimlər bu qeyri-adi orbital hərəkət və onların ulduzlarına yaxın olması səbəbindən sistemdəki iki planetin orbital hərəkətlərini araşdırıblar.
Təhlildən sonra belə qənaətə gəlindi ki, böyük planet ulduzun ətrafında hər dövrü ərzində, ekzoplanet iki dairə vurur.
Tədqiqatçılar müəyyən ediblər ki, ulduzun ətrafında “ritmik rəqslə” fırlandığını dedikləri planetlər yaxın orbitlərdə mövcud olmağa davam edə bilər.
“Həm “TOI-1408 b”, həm də “TOI-1408 c” Günəş sistemindəki planetlərlə müqayisədə öz ulduzlarına inanılmaz dərəcədə yaxındır. Təsəvvür edin ki, Günəşin yanında fırlanır”, – Kort Space.com-a deyib.
Bu, artıq ulduza çox yaxın orbitdir və biz ulduza daha yaxın olan başqa bir planet aşkar etdik. Bu planet daha böyük qonşusu ilə güclü şəkildə qarşılıqlı əlaqədə olur və onun orbitləri əvvəllər heç görmədiyimiz tərzdə təzyiq altındadır.
Tədqiqatçılar sistemdə hələ kəşf edilməmiş üçüncü bir planetin ola biləcəyini də düşünürlər. Bu göy cismi müşahidə edilən qəribə orbital hərəkətlərin izahı da ola bilər.
Komanda ümid edir ki, kəşf etdikləri nadir sistem planet sistemi ilə bağlı tədqiqatlara töhfə verəcək.
“Nəticələrimiz planetlərin necə əmələ gəldiyini və bir-birinə çox yaxın olduqda, xüsusən nəhəng planetlərin olduğu sistemlərdə necə davrandıqlarını öyrənməyə kömək edə bilər”, – Kort deyib.