
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Bu gün Ermənistan baş Naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi və bunun üçün Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası ilə bağlı səsləndirdiyi fikirlərdəki əsas məqamları diqqətinizə çatdırırıq:
“Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik.,İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamağı da təklif edir. Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik”.
“Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında gözlənilən görüşlə bağlı hələlik razılıq yoxdur. Komissiyaların son iclasında görüşlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Dəqiq razılıq olduqda, görüşün tarixi və vaxtı açıqlanacaq”.
“Bu gün Ermənistan Avrasiya İqtisadi İttifaqında özümüzü kifayət qədər yaxşı hiss edirik və rəqəmlər də bunu göstərir. Bundan başqa, biz İranla əlaqələrimizin dərinləşməsində və inkişafında maraqlıyıq. Ancaq digər tərəfdən, xalqımızın ən azı əhəmiyyətli hissəsinin Ermənistanın gələcəyi üçün seçim formalaşdırmaq istəyini də nəzərdən qaçıra bilmərik”.
“Uzun müddətdir bizim media vasitəsilə belə bir rəvayət yayıldı ki, Ermənistan guya öz üzərinə öhdəlik götürüb ki, təhlükəsizliyi hansısa üçüncü qüvvə təmin etməlidir, ya da Rusiya FSB tərəfindən təmin ediləcək. Amma üçtərəfli bəyanatın 9-cu bəndində belə bir şey yazılmayıb, əksinə, təhlükəsizliyə Ermənistan Respublikası tərəfindən təminat verildiyi bildirilir”.
“Bizim heç bir qonşumuza qarşı ərazi iddiamız yoxdur. Bundan başqa, mən açıq şəkildə bəyan etmişəm və bir daha rəsmi şəkildə bildirirəm ki, Ermənistan Silahlı Qüvvələrinin yeganə vəzifəsi Ermənistanın suveren ərazisini qorumaq və təhlükəsizliyini təmin etməkdir. Amma Ermənistanın elə əraziləri var ki, Ermənistanın nəzarətində deyil. Bu o deməkdirmi ki, Ermənistan Silahlı Qüvvələri hücuma keçərək nəzarəti bərpa etməyə hazırlaşır? Xeyr! Ermənistan ordusunun belə bir vəzifəsi yoxdur və olmayacaq. Niyə? Çünki artıq bizim imzalanmış və ratifikasiya olunmuş, həm bizim, həm də Azərbaycan üçün məcburi hüquqi qüvvəyə malik olan və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasının əsas prinsipinin Almatı bəyannaməsi olduğunu bildirən sənədimiz var”.
“Biz ATƏT-in Minsk Qrupunun buraxılması ilə razıyıqmı? Əgər münaqişə yoxdursa, razılaşırıq. Əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə məşğul olan formatın nə mənası var? Amma biz əmin olmaq istəyirik ki, Minsk Qrupunun buraxılması Azərbaycan üçün eyni məna daşıyır və Ermənistana qarşı ərazi iddiaları ilə yeni münaqişənin başlaması üçün yaşıl işıq deyil. Əgər bu sülh deməkdirsə, onda bizə MQ nəyə lazımdır? Və bu, Azərbaycanın hansısa yolla münaqişə yaratmasına mane olursa, o zaman bu qrupu dağıtmağın nə mənası var?”
“Mən artıq Konstitusiya Məhkəməsinin qərarına istinad edərək demişəm ki, de-yure təsdiq olunub ki, Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Digər tərəfdən, biz görürük ki, Azərbaycan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var, lakin biz Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmırıq, çünki sülh müqaviləsinin razılaşdırılmış hissəsində elə maddələr var ki, imzalanıb ratifikasiya edildikdə bütün bu məsələləri bağlayır”.
“Deyirlər ki, bu məsələ həll olunmayana qədər sülh müqaviləsi imzalamayacaqlar, amma bu məsələnin həlli sülh müqaviləsinin imzalanmasındadır. Yəni, məsələnin həlli onu qaldıranın əlindədir, çünki imza atmağa hazır olduğumuzu deyirik”.
“Yəni müqaviləni imzalayan kimi həm bizim, həm də onlar üçün məsələ həll olunur. Üstəlik, biz sülh müqaviləsini imzalayanda onu Konstitusiya Məhkəməsinə göndərməyə borcluyuq ki, onun Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlaya bilsin”.