“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
12:44 | 16 fevral 2025 | Bazar
Məqaləyə 426 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırki vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.
Pol Kapur özü də Cənubi Asiya üzrə mütəxəssis sayılır. O məşhur Stenford Universitetinnin nəzdindəki Quver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit Okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və Prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər.
Yeni təyinat ondan xəbər verir ki, Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan “Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü” irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür. Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq.