

Anar: “10 ildir iki ssenarimi çəkdirə bilmirəm”
Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi
Köhnəlməyən soru …
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»
Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»
Anar: «Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret»
AYB-dən Hacıbala Abutalıbova qarşı sərt bəyanat: «Axı nə qədər ictimaiyyəti xamlamaq olar?»
Hacıbala Abutalıbov: «Çox təəssüf edirəm ki, Yazıçılar Birliyinin rəhbərliyini indiyə qədər narahat etməyib»
Jurnalistlərin evinə göz dikənlər...
«Onu düz edib AYB-dən qovublar»
«Ən yaxşı şeir» müsabiqəsi ən pis halda da baş tutumur
«O yandan necə görünür bu dünyanın viran yeri?»
«Vitrinlər mənə əşyalardan utanmağı öyrətdi» Adil Mirseyid
Xanım İsmayılqızı: «Gecənin üzünü sizin dualarınızla örtürəm»
Xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib. Onun sözlərinə görə, S. Tahirlə vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.
***
10:50
Yazıçılar Birliyinin mətbuat xidmətinin məlumatına görə, xalq şairi Söhrab Tahir bu gün səhərə yaxın evində dünyasını dəyişib.
Vida mərasiminin harada keçiriləcəyi və şairin harada dəfn olunacağı hələlik məlum deyil.
Qeyd edək ki, uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.
Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində doğulub.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada M. Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, «Azərbaycan» qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, «Səhər» ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən «Azərbaycan» jurnalında redaktor olub.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, «Literaturnıy Azerbaydjan» jurnalı redaksiya heyətinin, «Yazıçı» nəşriachiqlama vermediyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə «21 Azər» medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Şöhrət» ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib. (APA)