vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
15:00 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 2650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nobel verənlər laureatı «lovğa» adlandırdı

Bob Dilan İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab vermir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, ədəbiyyat sahəsində Nobel mükafatlarını müəyyən edən akademiyanın tanınmış üzvü mükafata layiq görüləndən bəri zənglərə cavab verməyən Bob Dilanı «lovğa» adlandırıb.

Amerikalı şair-nəğməkar gəlib mükafatını alması üçün İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab verməyib.

«Bu nəzakətsizlik və lovğalıqdır» - deyib Akademiyanın üzvü, İsveç yazıçısı Per Uostberq SVT telekanalına müsahibəsində.

Onun ədəbiyyat sahəsində Nobel mükafatının qalibi olduğu elan edilən gün, yəni oktyabrın 13-də Dilan Las Veqasda konsert verirdi, lakin tamaşaçıla bu barədə bir kəlmə də deməyib.

O həmin konserti çoxmənalı şəkildə Frank Sinatranın «Mən indi niyə dəyişim?» mahnısı ilə bitirib.

«The Telegraph» xatırladır ki, hər il dekabrın 10-da Nobel mükafatı laureatları Stokholma toplaşaraq mükafatlarını kral Karl XVI Gustafın əlindən qəbul edir və təşəkkür nitqi söyləyirlər.

Akademiya Dilanın mükafatı qəbul edib-etməyəcəyini hələlik bilmir.

«Bu, indiyədək görünməmiş hadisədir» - deyib Uostberq.

Bu arada Bob Dilan-ın internet səhifəsindən onun Nobel mükafatına layiq görülməsi barədə xəbər silinib.

Lakin İsveç Kral Elmlər Akademiyasının üzvü Anders Barani deyib ki, 1921-ci ildə Albert Eynşteyn fizika üçün layiq görüldüyü Nobeldən imtina edib.

1964-cü ildə fransız filosofu və yazıçısı Jan Paul Sartre ədəbiyyat mükafatını qətiyyətlə rədd edib.

Ədəbiyyat üçün Nobel mükafatına bu il Salman Rüşdi, Suriya şairi Adonis və Keniya yazıçısı Nquqi wa Tiongo da namizəd idilər.