vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
10:35 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 3018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əşrəfoğludan xahiş və inkar

«Neftçi» azarkeşlərini keçmiş rəhbərlik qızışdırır?

Elnur HƏMİDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»nin ağır duruma düşməsi futbol ictimaiyyəti arasında geniş müzakirə olunur. Komandanın uğursuz nəticələri bir yana, artıq futbolçular da əsəblərinə hakim ola bilmirlər. «Qarabağ»la oyunda «Neftçi»nin futbolçusu Katalin Tiranın azarkeşi vurması fanatlarla klub rəhbərliyinin münasibətlərini daha da kəskinləşdirib. Artıq azarkeşlər Müşahidə Şurasının istefasını tələb edirlər. Deyəsən, «Neftçi»nin bu durumundan yararlanmaq istəyən qüvvələr də var.

Adının çəkilməsini istəməyən «Neftçi» azarkeşlərindən birinin Komanda.az saytına verdiyi məlumata görə, klub rəhbərliyinə qarşı təxribat ola bilər. Məlumata görə, təxribat «Neftçi»nin keçmiş rəhbərliyi tərəfindən hazırlanır. Sadıq Sadıqovun prezident olduğu dönəmdə «Neftçi»də mətbuat xidmətinin rəhbəri, daha sonra isə müşavir vəzifəsində işləmiş Elnur Əşrəfoğlunun bir neçə «Neftçi» azarkeşiylə görüşdüyü, onlara təlimat verdiyi bildirilir.

Deyilənlərə görə, Elnur Əşrəfoğlu azarkeşləri «Neftçi»nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə və şura üzvü Bəhram Bağırzadəyə təzyiq göstərməyə çağırıb. O, oyunlar zamanı bu şəxslərə qarşı təhqiramiz şüarların səsləndirilməsini istəyib. Məlumata görə, Əşrəfoğlu eyni münasibətin AFFA-nın baş katibi Elxan Məmmədova da göstərilməsini tələb edib. O, azarkeşlərə bildirib ki, «Neftçi»nin bu duruma düşməsinin əsas səbəbkarı kimi Elxan Məmmədov təqdim olunmalıdı. O, yaxın zamanlarda «Neftçi»də və AFFA-da ciddi dəyişikliklərin olacağını deyib. Əşrəfoğlu azarkeşləri əmin edib ki, təzyiq və təhqirlərə görə onlara qarşı hansısa bir tədbir görülməyəcək. Məsələnin ciddiliyini nəzərə alıb Əşrəfoğlunun da mövqeyini öyrəndik. Keçmiş klub rəsmisi bütün bunların böhtan olduğunu dedi:

«Qardaş, sənə də, sizin sayta da çox böyük hörmətim var. Xahiş edirəm, belə şər-böhtan informasiyalara baş qoşmayın».