«Qafqazda sülhün vaxtı çatıb»
Azərbaycan konsulu ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətindən yazdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən «The Hill» qəzetinin 18 fevral tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan virtualaz.org-a verilən məlumata görə, «Qafqazda sülhün vaxtı çatıb» başlıqlı məqalədə baş konsul, hazırda davam edən gərgin münaqişə ocaqları fonunda Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasına böyük zərurət olduğunu, bu səpkidə ABŞ-ın yeni administrasiyasının bununla bağlı atacağı konstruktiv addımlara böyük gözləntilərin olduğunu qeyd edir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə geniş məlumat verən baş konsul sülhə nail olmaq üçün beynəlxalq hüquqi əsasların kifayət qədər güclü olduğunu, bu səpkidə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının, eləcə də, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən çoxsaylı sənədlərinin mövcud olduğunu vurğulayır. Diplomat hətta Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ildə qərar qəbul edərək, işğal və etnik təmizləmə faktlarını təsdiqlədiyini diqqətə çatdırır. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin Ermənistana müvafiq beynəlxalq təzyiqlərin olmaması ilə bağlı olduğunu bildirən N.Ağayev dünyada sülhün qorunması üçün II Dünya Müharibəsindən sonra yaradılmış, ərazi bütövlüyü prinsipinin yüksək önəm daşıdığı beynəlxalq hüquq sisteminin son onilliklərdə aşınmaya məruz qaldığını qeyd edir. Bu hüquqi aşınmanın dünya üçün olduqca təhlükəli olduğunu yazan baş konsul beynəlxalq hüquqa hörmətin təmin edilməsi vəzifəsinin beynəlxalq təşkilatların, ancaq onlardan da çox böyük dövlətlərin üzərinə düşdüyünü qeyd edir.
Gələn həftə 25 illiyi tamam olacaq Xocalı soyqırımından bəhs edən diplomat bildirir ki, 1992-ci ildə təxminən 300 nəfəri uşaq, qadın və qoca olmaqla, 613 nəfər mülki azərbaycanlı Ermənistan silahlı birləşmələri tərəfindən qəddarcasına öldürüblər.
N.Ağayev bu qanlı qətliamdan başqa, 800 min azərbaycanlının işğal altındakı öz dədə-baba yurdlarından didərgin salındığını, Azərbaycan torpaqlarının 20 faizinin - müqayisə üçün, ABŞ-ın Konnektikut ştatından da böyük bir ərazinin - Ermənistan tərəfindən işğal edildiyini vurğulayır.
Diplomat ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin ədalətli həllində, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyacaq və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradacaq həll yolunun tapılmasında ABŞ-ın yeni administrasiyasının öz səylərini intensivləşdirəcəyinə ümid edildiyini diqqətə çatdırır.
Azərbaycanın bir çox qlobal önəmli transregional layihələrdə mərkəzi rol oynadığını bildirən N.Ağayev Azərbaycan-ABŞ tərəfdaşlığı barədə məlumat verir və münaqişənin tezliklə həllinin həm region, həm də dünya üçün faydalı olacağını qeyd edir.