
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiyanın «Safmar» maliyyə-sənaye qrupunun baş direktoru Avet Mirakyan «Russneft» şirkətinin direktorlar şurasına daxil ola bilər. Virtualaz.org xəbər verir ki, bu haqda neft şirkətinin materiallarından məlum olur.
İlk baxışdan bu, Rusiyanın biznes strukturlarında adi menecment yerdəyişməsidir və oxucular üçün maraqlı görünməyə bilərdi. Lakin nəzərə alanda ki, «Russneft» şirkəti Azərbaycanın Binəqədidən tutmuş Neftçalaya, Salyana qədər səpələnən 16 quru neft yatağının mülkiyyətçisidir, o zaman erməni Mirakyanın gözlənilən təyinatı qıcıq doğurmaya bilməzdi.
«Safmar» qrupu «Russneft»in səhmlərinin 60 faizinə nəzarət edən inquş əsilli neft maqnatı mixail Qutseriyevə məxsusdur. Rusiya KİV-lərinin məlumatına görə «Russneft»in direktorlar şurası mayın 26-da səhmdarların illik yığıncağında direktorlar şurasının yeni tərkibinin seçilməsi üçün namizədləri müəyyənləşdirib. Oleq Qordeyev direktorlar şurasına namizədlərin sırasından çıxarılıb, onun yerinə Mirakyanın namizədliyi irəli sürülüb. Mirakyanın namizədliyini səhmdarlar təsdiqləməlidir.
«Russneft»in direktorlar şurasına hazırda 13 nəfər daxildir. Bunlar şirkətin əsas səhmdarı Mixail Qutseriyev, «Russneft»in səhmlərinin 25 faizinə nəzarət edən «Glencore Energy UK»dan Aleksandr Biard, «Safmar»ın həmsahibi, Qutseriyevin qohumu Səit-Salam Qutseriyev və digərləridir.
2008-ci ildə Qutseriyevin offşor şirkəti «Global İnvestment Energu» (sonradan bu şirkət «Naftis»in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət «Mişovdağ» və «Kəlaməddin» yataqlarının operatoru «Karasu Operating Companu»nin 85, «Padar» və «Harami» yataqlarının operatoru «Kura Valley Operating Companu»nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında «Abşeron Operating Companu Limited» («Zığ» və «Hövsan» yataqlarını işləyir), «Karasu Operating Companu» («Kəlamətdin» və «Mişovdağ»), «Kura Valey Operating Companu» («Padar-Hərəmi»), «Neftçala İnvestments Limited» («Neftçala», «Xıllı», «Durovdağ-Bazanan»), «Binagadi Oil Companu» («Binəqədi», «Qırmakı», «Çaxnaqlar», «Sulutəpə», «Masazır», «Fatmayı», «Şabandağ» və «Sianşor») şirkətlərini birləşdirən «Qlobal Enerji Azərbaycan Ltd.» ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Hazırda həmin yataqları işlədən «Qlobal Enerji Azərbaycan Ltd» şirkətinin mülkiyyətçisi «Russneft»dir. Qutseriyev bu yataqlara 1 milyard dollar investisiya yatırdığını açıqlamışdı.
Mirakyana gəldikdə isə o, 1996-cı ildə İrəvan Dövlət Universitetini bitirib. Ermənistan Mərkəzi Bankında işləyib, 1997-ci ildə Rusiyanın kommersiya banklarından birində işə düzəlib. Daha sonra «Artur Anderson» və «Ernst and Young» audit şirkətlərində işləyib. 2007-ci ildən Qutseriyevin ailəsinə məxsus «Binbank»da baş vitse-prezident vəzifəsinə keçib. 2016-cı ildən isə «Safmar»ın baş direktorudur.