NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
18:04 | 31 may 2017 | Çərşənbə
Məqaləyə 1550 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO Parlament Assambleyasının Tiflisdə keçirilən yaz sessiyası zamanı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri naziri Ketevan Tsixelaşvili postsovet məkanındakı bütün münaqişə zonalarında Rusiya qoşunlarının olduğunu bildirib. Nazir çıxışında Şərq Tərəfaşlığı ölkələrinin ərazilərindəki bütün münaqişələrin arxasında Rusiyanın dayandığını deyib.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Edmon Manukyan İrəvanda keçirilən brifinqdə açıqlayıb. Bu gün təşkil edilən brifinq Ermənistan nümayəndə heyətinin Assambleyanın sessiyasında iştirakına həsr olunmuşdu.
«Mən nazirə dedim ki, bütün münaqişələri ümumiləşdirməsin. Qeyd etdim ki, Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya, Dnestrtanı, Krım, Donbass münaqişələrindən fərqlənir və bu münaqişəyə Rusiya qüvvələri qarışmayıb», - Manukyan bildirib.
«Qarabağ münaqişəsi zonasında Rusiya qoşunları yerləşdirilməyib və ümumiləşdirmək lazım deyil»-erməni deputat gürcü nazirə cavab olaraq əlavə edib.
Manukyanın bildirdiyinə görə gürcü nazir bununla razılaşmayıb, deyib ki, Rusiya postsovet məkanındakı bütün münaqişələrə müxtəlif formatlarda qarışıb. Britaniya nümayəndə heyətinin üzvlərindən biri isə polemikaya müdaxilə edərək xatırladıb ki, Rusiya qoşunları Ermənistanda dislokasiya olunub və Qarabağ münaqişəsinə dəxli var.
«Mən cavab verdim ki, Ermənistanda Rusiya bazası yerləşdirilib və onun Qarabağ münaqişəsinə aidiyyatı yoxdur», - Manukyan Tiflisdəki polemikalar barədə danışarkən bildirib.