Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
11:24 | 6 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 1974 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey sensasion bəyanatla çıxış edərək deyib ki, Ermənistan Əfqanıstandan 8 min muzdlu gətirərək Qarabağda yerləşdirib. Virtualaz.org timetürk.com saytına istinadla xəbər verir ki, Göksel Gelbey Ermənistanın əfqan muzdlularını ötən lki aprel döyüşlərindən sonra gətirdiyini iddia edib.
Onun sözlərinə görə, ötən ilin aprelində baş vermiş döyüşlər zamanı Azərbaycanın güclü ordusu qarşısında əzilən və işğal etdiyi ərazilərin bir hissəsini əldən verən Ermənistan çoxlu itkilər vermişdi. «Buna görə erməni ailələri övladlarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina etməyə başladılar. Ermənistan bu problemi həll etmək üçün pulla və bəzi şirnikləndirici vədlər verməklə səkkiz min əfqan əsilli muzdlu əsgəri gətirərək onlara hərbi təlim keçməyə başlayıb. Bu muzdlu əsgərlərə beş il xidmət etmək üçün 3 min dollar maaş və müddətin sonunda Ermənistan vətəndaşlığı, Avropa vizası ilə təmin olunmaq vədləri verib», - ASİMDER başqanı deyib.
Göksel Gülbeyin sözlərinə görə, «Böyük Ermənistan» xülyası ilə yaşayan ermənilərin öz ölkələrini qorumağa əsgərləri belə yoxdur. Bu səbəbdən Ermənistan Əfqanıstandakı yorucu savaşdan bezərək rahat həyat qurmağa can atan əfqanların bu istəklərindən yararlanaraq müsəlman milləti digər müsəlman millətə qarşı savaşmağa məcbur edir.
«Bunu İngiltərə 1915-ci ildə Çanakkalada müsəlman türk millətinə qarşı Afrikanın müsəlman ölkələrindən müstəmləkə altında əzilən insanları gətirib savaşdırmaqla edib. Eyni oyunu yenə də xaçpərəstlər oynayır. Bu oyunun içində inşallah ki, İranın olmadığına ümid edirik. Çünki əfqanların İran üzərindən Ermənistana keçdiyi məlumdur. Muzdlu əfqan əsgərlərin Ermənistana keçdikləri haqda İran vətəndaşlarının istifadə etdiyi sosial media qruplarındakı yazışmalarda bəhs olunur», - ASİMDER başqanı bildirib.
Göksel Gülbey İranı müsəlmanların qanını tökmək üçün Ermənistana gedən muzdlu əfqanların keçidinə icazə verməməyə çağırıb. Onun sözlərinə görə, Ermənistanın bu həərkəti Türkiyəni də diqqətli olmağa məcbur edir. Çünki həmin muzdlu əsgərlərin nə vaxtsa Türkiyəyə qarşı istifadəsi də mümkündür.