
Pendir diplomatiyası
Fransa XİN imic itkisi ilə necə mübarizə aparır?
Fransa XİN imic itkisi ilə necə mübarizə aparır?
Ceyhun Bayramov mətbuat konfransında İrəvanla müzakirəsi aparılan sülh müqaviləsindən danışdı
AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Azərbaycan Fransaya etiraz notası verdi
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhə xəttində vəziyyətin gərginləşməsini şərh edib.
H. Hacıyev APA-ya bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs ağır silahlardan intensiv şəkildə pozulur, təxribat əməliyyatları törədilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib.
15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üt olur.
«ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib.
Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.
Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.
Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür», - deyə, o əlavə edib.