
“Əzələli nənə”
55 yaşlı çinli gəncləri geridə qoyub çempion oldu
55 yaşlı çinli gəncləri geridə qoyub çempion oldu
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Kişilərdə piylənmə riskini üç dəfə artıran evlilik ...
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
“8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Həmişə yumşaq və ətirli olmağa borclu deyilik
“Sanki bir kazinoda qumar oynayanlar kimi bunun cəzasını çəkir”
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Əslində bunları bütün insanlar bilməlidir
«Metro» qəzetində Ellen Skot (Ellen Scott) yazır ki, «bir də görürsən işə və ya nahar fasiləsinə tələsdiyin vaxt tanımadığın bir kişi səni səsləyib, zahiri görünüşün barədə ədəbsiz bir kompliment edir».
«Əl-qolun yanına düşür. Özünü təhlükədə hiss edirsən. Bütün günün zəhərə dönür», - yazır xanım Skott.
Məqalədə deyilir ki, kişilərin qadınlara söz atıb, sataşması üçün elə bir ciddi səbəb də olmur. Onda onlar bunu niyə edirlər? Niyə bəzi kişilər düşünürlər ki, küçədə tanımadıqları qadına söz atmaq normal bir haldır?
Bu suala yeni araşdırma da cavab axtarıb.
«Promundo və UN Women» təşkilatları Mərakeş, Livan, Misir və Fələstində küçə qısnaması ilə bağlı 4830 kişi arasında rəy sorğusu aparıb.
Livanda kişilərin 31, Misirdə isə 64 faizi etiraf edib ki, ictimai yerlərdə qadın və qızlara qarşı seksual qısnama törədiblər. Qısnama dedikdə, bura söz atmaqdan tutmuş zorlamaya qədər bütün təcavüz növləri daxildir.
Ən maraqlısı isə budur ki, araşdırma küçədə qadınlara sataşanların əsasən orta məktəb təhsilli gənclər olduğunu göstərib. Bir qədər yaşlı və daha az savadlı kişilər adətən qadınlara sataşmaqdan kənar dururlar.
Qəzet yazır ki, deməli, adamların təhsili artdıqca cinsi tərbiyəsinin artmasına dair inanc o qədər də doğru deyil.
Tədqiqatçılar inanırlar ki, adı çəkilən ölkələrin küçələrində kişilərin qadınlara daha çox təcavüz etməsinin səbəbi onların təhsil səviyyəsi yox, ölkələrinin sabitsizliyi ilə əlaqədardır.
Belə ölkələrdə adətən iqtisadiyyat zəif, işsizlik isə böyük olur. Bu o deməkdir ki, bu ölkələrdə kişilərin üzərindəki təzyiq də böyükdür. Buna görə də onlar depressiyaya qapılır, ailələrini dolandıra bilmədikləri üçün xəcalət çəkirlər.
Araşdırmaçılar bu qənaətə gəliblər ki, evindəkilərin rifahını və dolanışığını təmin etməyən kişi, cəmiyyətdəki lazımsızlığının əvəzini belə çıxır.
Alimlərdən biri deyib ki, «ailələrinə sahib ola bilməyən kişilər heç olmasa küçədə özlərini hakimi-mütləq kimi görmək istəyirlər».
Misirli alim Şirin əl-Feki bildirir ki, müsəlman ölkələrinin küçələrində qadınlara söz atan, sataşan və təcavüz edənlərin böyük əksəriyyəti yoxsul və işsiz gənclərdir.
Rəy sorğusu zamanı onların böyük əksəriyyəti küçədə qadınlara «elə-belə, kef üçün» söz atdıqlarını bildiriblər.
«Metro» yazır ki, bu araşdırma hələlik yalnız spesifik coğrafiyalarda aparılıb və buna görə də bu sosial rüsvayçı halın bütün səbəbləri barədə qətiyyətli fikir söyləmək tezdir.
Alimlər deyirlər ki, belə bir araşdırmanın qlobal miqyasda aparılması mühümdür.
Amma araşdırma hər halda maraqlı bir faktı ortalığa çıxarıb. Küçələrdə qadın-qızlara bekarçılıqdan sataşan kişilər bunun qadınlara və ümumilikdə cəmiyyətə təsiri barədə heç vaxt düşünməyiblər.