vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
...İki mənzilinə həbs qoyuldu 20:05 | 30 iyun 2017 | Cümə Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...İki mənzilinə həbs qoyuldu

Müflis azərbaycanlı oliqarxa daha bir zərbə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva Arbitraj məhkəməsi azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmaylovun Moskva ətrafında üç torpaq sahəsinə və iki malikanəsinə həbs qoymaqdan imtina edib. Lakin məhkəmə kreditorların tələbi əsasında İsmayılovun Moskvanın mərkəzi Kutuzovsk prospektində yerləşən iki mənzilinə həbs qoyub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin mənzillər 5 və 6 otaqlıdır.

Məhkəmə sənədlərinə əsasən üç torpaq sahəsinin və iki mülkün üzərində «Rosreyestr»in hər hansı qeydiyyat əməliyyatı aparmasına qadağa qoyulması barədə iddianı məhkəməyə İsmayılovun maliyyə idarəedicisi Valeri Kubelun təqdim etmişdi. İddiaya əsasən İsmayılovun Aprelevka və Skolkovo rayonlarında cəmi 70 sot torpaq sahəsi, habelə 2 min kvadratmetrlik iki mülkü cavabdeh tərəfin müflis elan edilməsi ilə bağlı dondurulmalıydı.

Məhkəmə İsmayılovun həmin aktivlərinin təminat altına alınmasına dair iddianı təmin etməyib. Bununla belə ikinci cəhddə oliqarxın Kutuzovsk prospektindəki mənzillərinə həbs qoyub. Qərara əsasən nə «Rosreyestr», nə Telman İsmayılovun qanuni varisi olan oğlu Ələkbər həmin mənzillərin üzərində hər hansı əməliyyat apara bilməz.

Xatırladaq ki, Arbitraj məhkəməsi bu ilin martında İsmayılovu rəsmən müflis elan edib. Kubelun isə onun əmlakının satılaraq kreditorlara ödənilməsi üzrə idarəedici təyin olunub.

Bundan əvvəl «Bank-Moskva»nın iddiası əsasında ABŞ-ın Las-Vegas şəhərində Telman İsmayılovun qohumunun adına rəsmiləşdirdiyi ticarət mərkəzi aşkarlanmışdı və həbs qoyulmuşdu.