
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Ermənistan illərlə onu müdafiə edən, yedizdirən, ayaqda tutan rejimi satdı
Erik Xaçaturovdan sonra başqa Bakı erməniləri də dünyaya göz açdıqları Azərbaycan paytaxtına gəlmək arzusunda olduqlarını bildirdilər. Söz verildiyi kimi, bu işdə onlara «Azərbaycanla Ermənistan arasında sülh naminə platforma»nın fəalları yardım edir.
«Platforma»nın Bakıdakı növbəti qonağı Oksana Altunyan oldu. Onun uşaqlıq şəhərinə səfəri xoşagəlməzliklərdən xali olmasa da, hər şeyi yoluna qoymaq mümkün olub.
Sağdan sola: Oksana Altunyan, Süzan Caginyan, hüquq müdafiəçisi Dilarə Əfəndiyeva, «Platforma»nın katibi Orxan Nəbiyev, hüquq müdafiəçisi Əvəz Həsənov
Oksananın Bakıda ilk hiss etdiyi doğma şəhərin qoxusudur – uşaqlıq qoxusu, valideynləri ilə yaşadığı evin qoxusu, həyatın ən yaxşı illərinin qoxusu. Etiraf etdiyinə görə, cəmi bir saat ərzində o, yeniyetməliyini, görüşlərin və ayrılıqların sevincini və kədərini yaşayıb, o vaxtkı arzularını və istəklərini xatırlayıb.
Oksanaya təhsil aldığı məktəbi, rəfiqələri ilə oynadığı həyəti, ərə getdiyi evi görmək imkanı yaradılıb.
Qadının gözləri gah sevinclə yanır, gah da göz yaşları ilə tutulurdu. Həmin o xoşbəxt illərdən onu uzun zaman ayırır. Həmin illərdən ki, millətindən asılı olmayaraq hamılıqla bayramları qeyd edir, toylarda şənlənir, doğum evlərindən yenicə anadan olmuş körpələri qarşılayırdılar. Hər şey ümumi və hər şey əziz idi.
Amma bu gün də Oksana Altunyan çox xoşbəxtdir, axı arzusu yerinə yetib – o, qəlbinə yaxın, doğma yerlərdədir. «Danışa bilmirəm, emosiyalar üstələyir», - bu sözləri təkrarlayır.
Erik Xaçaturov kimi, Oksana Altunyan da «Sülh platforması»nın ofisində arzuolunan qonaq oldu. Çay süfrəsi arxasında Oksana ağrı-acısından danışdı və bildirdi ki, iki xalqın – Azərbaycan və erməni xalqlarının yenidən sülh şəraitində yaşaması üçün əlindən gələni etmək istəyir.
«Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun», - bakılı erməni qadın deyir. O əmindir ki, vaxt gələcək, Ermənistandan didərgin düşmüş azərbaycanlılar da böyüyüb başa çatdıqları yerlərə gedə biləcək, əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Oksanaya bu xoşbəxtlik artıq nəsib olub.
Bir qədər sonra Oksana Altunyan Bakıdakı qonşusunu – Gülnaz xanımı xatırladı. Həmin Gülnaz xanım vaxtilə Oksana ilə tanış olduqdan dərhal sonra onu qayınanasının hücumlarından qoruyubmuş.
Gülnaz xanımı tapa bildik və köhnə rəfiqələr uzun-uzadı telefonla söhbətləşdilər.
Bundan başqa, Oksana sinif yoldaşlarını və rəfiqələrini tapdı və onlar telefonda Oksananın səsini eşidən kimi ağlamağa başladılar.
Oksananın arzusu yerinı yetdi, amma bunun necə başa gəldiyini yalnız Oksana özü bilir. Bu qadının mərdliyinə kişilər belə qibtə edə bilər.
«Platforma» isə yeni qonaqlarını gözləyir. Bakıya xoş gəlmisiniz!