Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin başqanı Göksül Gülbey Ermənistanın PKK/PEJAK terror təşkilatı ilə işbirliyinə dair yeni sensasion iddia irəli sürüb. Virtualaz.org Türkiyədə nəşr olunan «Vətən» qəzetinə istinadən xəbər verir ki, Göksel Gülbey Ermənistanın Sevan gölü yaxınlığındakı Vardenis bölgəsində və işğal altındakı Qarabağ torpaqlarında PKK-çılar üçün 12 təlim-yerləşmə düşərgəsi qurduğunu deyib.
ASİMDER rəhbərinin sözlərinə görə, ötən ilin aprel döyüşlərindən sonra kürd terror qruplaşmalarına mənsub olan 400-dən çox yaraqlı Türkiyənin Ağrı bölgəsinin Tendürek kəndi istiqamətindən Ermənistana keçib. Onlardan 150-si Suriya erməniləri, qalanları Suriya, Türkiyə, İran və İraq kürdlərindən təşkil olunub. Həmin qrup Vardenisdəki düşərgədə əvvəldən yerləşən 80 PKK-çı ilə birləşib.
Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının «Ağrı qartalları» adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq ediblər. Həmin terrorçular daha sonra Ermənistandan Qarabağa keçiblər. Göksel Gülbey iddia edir ki, qrupun Qarabağa keçməsini əks etdirən videogörüntülərə malikdir və onları tezliklə yayacaqlar.
Qeyd edək ki, Göksül Gülbey bundan əvvəl də PKK-çıların Ermənistan tərəfindən Qarabağa yerləşdirildiyinə dair iddialar irəli sürüb. Onun bildirdiyinə görə, Qarabağda cəmi 12 PKK düşərgəsi və həmin düşərgələrdə 1750 PKK-çı var. Bu günlərdə isə sosial şəbəkələrdə PKK-çıların Ermənistandan Qarabağa keçməsini əks etdirdiyi iddia olunan videogörüntülər yayılmışdı. Həmin görüntülərə əsasən nizami ordu hissələrinə mənsub olmadığı görünən silahlı qrup çox güman ki, Laçın istiqamətindən piyada irəliləyir. Görüntülərin nə zaman çəkildiyi haqda məlumat yoxdur.
Erməni sosial şəbəkə istifadəçilərinin iddiasına görə, aşağıdakı videoda PKK terrorçularından söhbət belə gedə bilməz. Bildirilir ki, görüntülərdə yer alanlar Ermənistanın hərbi toplamışa yollanmış müxtəlif ali məktəblərinin və müəssisələrinin tələbə və əməkdaşlarıdır.