Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
00:40 | 28 iyul 2017 | Cümə
Məqaləyə 2092 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Yazıçı, rəsmi qeydiyyatdan keçməmiş «Başqa Rusiya» partiyasının lideri Eduard Limonov, hansı ki, işğal edilmiş ərazilərə qanunsuz baş çəkdiyi üçün adı Azərbaycan Xarici İşlər Nazirliyinin «qara siyahı»sına daxil edilib, Moskva prokurorluğuna müraciət edib ki, onun həyatına sui-qəsdlə bağlı cinayət işi qaldırsınlar.
Virtualaz.org bildirir ki, Rusiya siyasətçisi bu barədə özünün «LiveJournal»dakı bloqunda yazıb.
Ərizə prokuror Vladimir Çurikovun adına yazılıb. Limonov bildirib ki, bunu iyulun 26-da edib.
Yazıçının sözlərinə görə, onun maşınında tormozlar qəsdən sıradan çıxarılıb.
«Tormoz şlanqı mexaniki təsir nəticəsində yarılmışdı. Qəza təxribatı təşkil olunmuşdu, yaxşı ki, sürücü yüksək sürətlə getmirdi», - deyə Limonov fikrini bölüşüb.
«3 iyulda bizim böyük, yaxşı qalmış avtomobilimizin sürücüsü, necə deyərlər, oturduğu yerdə qəribə qəzaya düşdü. Elə qəzaya ki, artıq maşın yerindən tərpənmir. Hətta motoru da kapotdan çıxara bilmirlər», - Limonov vurğulayıb.
Limonovun hesablamalarına görə, bu bir neçə ay ərzində artıq «üçüncü qəribə yol-nəqliyyat hadisəsidir».
Limonov bildirib ki, onun Ukrayna, Azərbaycan və Xorvatiyada çoxlu düşmənləri var və bu olayları «öz həyatına sui-qəsd» hesab edir.
«Hamıya məlumdur ki, məni televiziyaya və mitinqlərə bu maşınla aparırlar. Amma düşünmürəm ki, bu xüsusi xidmət orqanlarının işidir», - Limonov əlavə edib.
Xatırladaq ki, Limonovun adı işğal edilmiş Qarabağa qanunsuz səfər etdiyi üçün 8 iyun 2017-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin «qara siyahı»sına salınıb.
Analoji siyahı Ukraynada da mövcuddur. Ona Kiyevin icazəsi olmadan Krıma baş çəkənlərin adları salınır. Xatırladaq ki, Ukrayna Krımı, 2014-cü ilin yazında Rusiyaya birləşdiriləndən sonra, özünün müvəqqəti işğal edilmiş ərazisi hesab edir. Ukrayna 2015-ci ildə Limonovun kitablarının ölkəyə gətirilməsinə də qadağa qoyub.