Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
16:12 | 3 avqust 2017 | Cümə axşamı
Məqaləyə 1066 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Rusiyadakı MDB İnstitutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevin burnuna Qarabağdan müharibə iyi dəyir. Virtualaz.org xəbər verir ki, Yevseyev bu haqda Rusiya mətbuatına müsahibəsində danışıb.
MDB İnstitutu özünün bədnam ermənipərəst direktoru, Rusiya Dövlət Dumasının deputatı və komitə sədri Konstantin Zatulinə görə Azərbaycanda yaxşı tanınır. Cəmi bir neçə nəfərdən ibarət olan bu institut təmtəraqlı adına baxmayaraq əsasən erməni maraqlarını qorumaqla məşğuldur. Zatulinin müavini, istefada olan podpolkovnik Yevseyev də ermənilərə işləməkdə ondan geri qalmır. O, tez-tez KİV-lərdə, o cümlədən «Rossia Today» telekanalında Qarabağ məsələsinə dair ermənilərin mövqeyi ilə uzlaşan şərhlərlə çıxış edir.
Bu dəfə Yevseyev Qarabağdan Şimali Koreya ətrafında artan gərginliyi şərh edərkən danışıb. Onun fikrincə ABŞ-ın bu yaxınlarda qitələrarası «Minutimen III» ballistik nüvə raketini sınaqdan keçirməsi Vaşinqtonun Şimali Koreyaya birinci zərbə endirmək niyyətində olduğunu göstərir. Çünki şaxtada mənzillənmiş və «Minutimen III» raketləri daha çox birinci zərbə üçün yararlıdır, nəinki mümkün nüvə müharibəsində cavab zərbəsi endirməyə. Söhbət ondan gedir ki, mümkün müharibə zamanı bu raketlərin yeri məlum olduğundan onları start meydançasında zərərsizləşdirmək imkanı var.
Yevseyevə görə Şimali Koreyanın cənuba qarşı müharibəyə başlayacağını ağlabatan deyil. «Mən Cənubi Koreya ilə Şimali Koreyanın sərhədindən, demilitarizə olunmuş zonadan təzəcə qayıtmışam. Sərhədin cəmi 7 metrliyində oldum, Şimali Koreya əsgərlərinin sifətinə baxdım. Koreya demilitarizə olunmuş zonasında müharibə təhlükəsi hiss olunmur. Mən vaxtaşırı olaraq müxtəlif münaqişə zonalarında oluram: Əfqanıstanda, Pakistanda, Suriyada, müntəzəm olaraq Qarabağa gedirəm. Qarabağda məndə müharibə hissi daha böyükdür, nəinki Şimali Koreyada. ABŞ-ın preventiv zərbə endirməsinə gəldikdə isə bu, realdır, belə ehtimal var», - Yevseyev bildirib.
Şimali Koreya son vaxtlar dalbadal ballistik raket sınaqları keçirir. Sonuncu dəfə Şimali Koreya ABŞ-a çata bilən raketin sınağını keçirdiyini elan edib. Bir neçə nüvə başlığına malik olan Pxenyanın bu sınaqları Rusiyanın dəstəyi olmadan keçirməsi ağlabatan deyil. Analitiklərə görə Rusiya ABŞ-ı zəiflədə bilmək üçün Şimali Koreya rejiminin raket və nüvə proqramlarına gizli dəstək verir.
Tramp administrasiyası bildirir ki, Şimali Koreyanın ABŞ-ı təhdid etməsinə dözmək fikrində deyil. Bu günlərdə Amerikalı senator-respublikaçı Lindsi Qrem bəyan edib ki, prezident Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının güc yoluyla həllinə hazırdır.
Senator Qremin sözlərinə görə Tramp imkan verməyəcək ki, Pxenyan ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketlə silahlansın. «Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə deməli müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa onlar orada öləcəklər, burada, Amerikada deyil. Tramp bunu mənim düz üzümə dedi», - senator bildirib.