“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
16:36 | 11 avqust 2017 | Cümə
Məqaləyə 1398 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun «Noble partner» («Layiqli tərəfdaş») hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilib. Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki,təlimlərin bu mərhələsində ağır döyüş texnikası atəş mövqeyinə çıxarılıb, NATO generallarının müşahidəsi altında şərti hədəflərə zərbələr endirilib.
«Noble partner» hərbi təlimləri avqustun 12-nədə davam edəcək. Təlimlər Vaziani və Norio poliqonlarında keçirilir. Bu ilki təlimlər öz miqyası ilə fərqlənir. Orada NATO və tərəfdaş ölkələrin 2.8 minən çox hərbçisi iştirak edir. Tərəfdaş ölkələrdən təlimlərə Ermənistan və Ukrayna qatılıb. Ermənistanın təlimlərə 100-dən çox hərbçi göndərdiyi bildirilir. Azərbaycan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etmir, rəsmi Bakı bu addımın səbəblərini şərh etməyib.
Təlimlərə cəlb etmək üçün gəmilərlə Gürcüstana Almaniya ordusunun GTK Boxer zirehli transportyorları, Amerika ordusunun «Abrams» tankları və «Bredli» və «Stryker» zirehli döyüş maşınları gətirilib.
Bundan əvvəl təlimlərin artilleriya döyüş atışları mərhələsi keçirilmişdi. Təlimləri izləmək üçün Amerika ordusunun bir neçə generalı Gürcüstana gəlib. Təlimlərin açılışında ABŞ vitse-prezidenti Maykl Pens də iştirak etmişdi.
Bu təlimlər Rusiyanın Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı mümkün hərbi təhdidlərinə cavab olaraq təşkil edilir. Rusiya onun sərhədləri yaxınlığında keçirilən NATO təlimlərini həmişə aqressiv qarşılayıb. Lakin bu dəfə məsələnin diqqəti cəlb edən tərəfi budur ki, faktiki olaraq Rusiyaya qarşı yönəlmiş NATO təlimlərinə onun Cənubi Qafqazdakı forpostu Ermənistan da fəal şəkildə qatılıb. Bu, Ermənistanın son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyə yönəlmiş ciddi səyləri ilə bir vaxtda baş verir.